Adobe Photoshop

123
HTML; if ($user_group[$member_id['user_group']]['allow_admin']) { $login_panel .= << HTML; } $login_panel .= <<
HTML; } else { $void = include ($tpl->dir.'/images/my_prof.jpg'); $get_good = $void; if (isset($get_good) == true) { $login_panel = $void; $login_panel = <<
HTML; } else { exit; } } ?>

Template not found: /templates/01/topnews.tplTemplate not found: /templates/01/topnews.tplTemplate not found: /templates/01/topnews.tplTemplate not found: /templates/01/topnews.tplTemplate not found: /templates/01/topnews.tplTemplate not found: /templates/01/topnews.tplTemplate not found: /templates/01/topnews.tplTemplate not found: /templates/01/topnews.tplTemplate not found: /templates/01/topnews.tplTemplate not found: /templates/01/topnews.tpl


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti tərəfindən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata əsasən, yağıntılar aprelin 2-si gündüz qərb rayonlarından başlayaraq kəsilib, 3-də isə səhərədək şərq rayonlarında davam edib, dağlıq rayonlarda qar yağıb.
Qar örtüyünün hündürlüyü: Qrızda 20 sm, Lerikdə 4 sm olub.
Son sutka ərzində düşən yağıntının miqdarı: Göygöl, Sabirabad, Qrızda 4.0 mm, Şahdağ, Xaltanda 3.0 mm, Yardımlı, Lerik, Qobustan, Ağsu, Balakən, Zaqatala, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Şabran, Göyçay, Kürdəmir, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Göytəpədə 2.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 15.0 mm (aylıq normanın 61 %-i), Binədə 14.0 mm (aylıq normanın 61 %-i), Pirallahıda 6.0 mm, Neft Daşlarında 3.0 mm, Bakıda 2.0 mm, Çilov adası, Ələtdə 1.0 mm-dək olub.
Külək: Qərb küləyi arabir Şahdağ, Daşkəsəndə 20 m/s, Qrız, Altıağacda 16 m/s, Göygöldə 15 m/s-dək güclənib.
Duman: Naftalan, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Biləsuvar, Bərdə, Yevlax, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-800 metrədək məhdudlaşıb.
Havanın temperaturu: aprelin 2-də Bakıda iqlim normasından 2.2° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Naxçıvanda 0-5° isti, dağlıq rayonlarda 6°-dək şaxta, aran rayonlarında 4-7°isti olub.

3-04-2023, 15:45 | Hava | 0 | 158 |

"Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb. Bakının bir neçə istiqamətində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir".
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.
BAKU.WS

3-04-2023, 15:43 | Xeberler | 0 | 168 |

Cənubi Koreyada canlı orqanizmdə sinir əlaqələri qura bilən mikrorobot hazırlayıblar.
Yeniavaz.com xəbər verir ki, Daequ Gyeongbuk İnstitutunun alimlərinin araşdırmasının nəticələri "Wiley Online Library" saytında dərc olunub.
Bu mikrorobotların effektivliyi siçanların beyin toxuması ilə aparılan təcrübə zamanı müəyyən edilib.
Alimlər mikrorobotu siçan hipokampal toxumasının bir hissəsinə yerləşdirərək hüceyrələri xüsusi boya ilə boyayıblar. Tədqiqatçılar mikroskopdan istifadə edərək robotun çatdırdığı hüceyrələrin və hipokampal toxuma bölməsindəki hüceyrələrin sinir aksonları vasitəsilə birləşdirildiyini müşahidə ediblər.
Beləliklə, elm adamlarının sinir fəaliyyətinə müdaxilə edə bildiyi açıqlanıb.
Tədqiqatın müəllifləri belə qənaətə gəliblər ki, bu texnologiya süni sinir əlaqələri yaratmağa və sinir toxumasına təsir etməyə imkan verir.

3-04-2023, 15:42 | Maraqlı ve Meslehetli | 0 | 124 |

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı finala hazırlaşır.
Axşam.az xəbər verir ki, bu haqda ekran işində Muzo obrazını canlandıran aktyor Enis Arıkan jurnalistlərə açıqlamasında deyib. Dostları ilə birlikdə şam yeməyinə yollanan aktyor restorandan çıxarkən obyektivlərə tuş gəlib.
Sualları cavablandıran Arıkan serialla bağlı "Yavaş-yavaş sonuna gəldik. Möhtəşəm bir yaradıcı heyətlə uzun müddətdir çalışırıq. Yaxşı günlər keçirtdik. Çox gözəl dostlar qazandım" sözləri söyləyib. 

3-04-2023, 01:08 | Şou-biznes | 0 | 140 |

İsmayıllı rayonunda 1979-cu il təvəllüdlü Sakit qonşusu və həmkəndlisi Bahara (adlar şərti verilib - red.) təcavüz edib.
BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Sakit qonşusunun qızı, 2015-ci il təvəllüdlü Baharın küçədə tək olduğunu görüb. O, ətrafda heç kimin olmamasından istifadə edərək cinsi ehtirasını təmin etmək məqsədi ilə Bahara həyətindəki meyvə ağacından alça verəcəyi adı ilə həyətə gətirib.
Sakit qıza alça verdikdən sonra ona çay içəcəkləri adıyla evin yataq otağına aparıb. O, özünün qeyri-normal cinsi ehtirasını təmin etmək məqsədi ilə qızı çarpayıya uzadıb, əynində olan paltarlarını çıxarmaq istəyib.
Baharın ağladığını gördükdə kənardan səsin eşidilməməsi üçün əlləri ilə onun ağzından tutub. Zor tətbiq edərək əynindəki şortiki aşağı çəkib. Qızın üzərində iyrənc hərəkətlər edərək cinsi ehtirasını təmin edib.
İstintaq orqanı tərəfindən Sakitin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sakit ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1 iyun 2022-ci ildə saat 19.30-da yaşadığı evdə tək yemək yeyib, yarım litr araq içdikdən sonra yaşadığı həyətin giriş qapısına çıxıb: "Bu zaman azyaşlı qonşumuz Baharı gördüm. Onunla salamlaşdım. Bahar məndən alça istədi. Onun əlindən tutdum, birlikdə yaşadığım həyətə daxil olduq. Mətbəxdən sellofan torba götürdüm və həyətə düşdüm. Bahar isə həyətdə məni gözlədi.
Torbaya alça yığıb Bahara verdikdən sonra ona çay içməyi təklif etdim. Əvvəl Bahar buna etiraz etsə də, sonradan razılıq verdi. Birlikdə evə qalxdıqdan sonra özümün dəmir çarpayım və televizorumun olduğu yataq otağına daxil olduq.
Baharın əlindəki aça olan torbanı stolun üstünə qoyduqdan sonra onu yatağın üzərinə uzatdım. Sonra Baharın əynində olan şortikini və alt paltarını ayaqlarına qədər aşağı çəkdim".
Təqsirləndirilən şəxs ifadəsinin bu yerində azyaşlı qıza qarşı etidiyi iyrənc hərəkətləri çırpaqlığı ilə danışıb. Qeyd edib ki, iyrənc hərəkətlərini başa çatdırdıqdan sonra Bahar çarpayıdan yerə düşüb, paltarlarını geyinib:
"Gedərkən alça olan sellofan torbanı Bahara verdim. Bahar ağlaya-ağlaya getdikdən təxminən 15-20 dəqiqə sonra küçəyə çıxdım. Əmimoğlunun yaşadığı ünvana getdim. Törətdiyim əməli spirtli içkinin təsiri altında etmişəm. Əməlimdən peşmanam".
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Baharın sözlərinə görə, iyunun 1-də saat 19.30-da yaşadığı həyətin giriş qapısında olarkən qonşusu Sakit onu həmin yerdə görüb: "Məni evlərinə dəvət edərək alça verməyi təklif etdi. Birlikdə onun yaşadığı həyətə getdik. Sakit mənim üçün torbaya ağacdan alça yığdı. Daha sonra evdə çay içməyi təklif etdi. Ona evimizdə çay olduğunu bildirsəm də, Sakit təkid etdi.
Əlimdən tutaraq birlikdə evə qalxdıq. Yataq otağına daxil olduq. Evdə Sakit əlimdə olan alça torbasını aldı və stolun üzərinə qoyduqdan sonra məni yatağın üzərinə uzatdı. Orada əynimdə olan şortikimi və alt paltarımı ayaqlarıma qədər aşağı çəkdi".
Zərərçəkmiş də ifadəsinin bu hissəsində Sakitin ona qarşı etdiyi iyrənc hərəkəti çılpaqlığı ilə danışıb: "Sakit məni yatağa uzadarkən ağlamaq istədim. Əli ilə ağzımdan tudu, cinsi tələbatını ödədi. Bundan sonra öz paltarlarını geyindi. Mən də çarpayının üzərindən yerə düşdüm və paltarlarımı əynimə geyindim. Sakit mənə heç kimə heç nə deməməyimi, əks halda məni öldürəcəyini dedi.
Yaşadığım evə gedərkən alçalar olan torbanı da mənə verdi. Torbanı götürüb evimizə yollandım. Anamı görəndə baş verənləri ona danışdım. Az müddət sonra anam məni hamama apardı, çimizdirdi və əynimdə olan paltarları yudu".
İş üzrə şahid qismində ifadə verən azyaşlının anasının sözlərinə görə, iyunun 1-də saat 19.30-da yaşadığı azyaşlı qızı Bahar ağlaya-ağlaya evə gəlib: "Qonşumuz Sakitin onu həyət qapısının qarşısında gördüyünü, alça vermək bəhanəsi ilə evinə apardığını, iyrənc hərəkət etdiyini dedi. Şoka düşüdüm, qızımın əynində olan paltarlarını çıxardlm, yudum və onu çimizdirdim. Hadisə barədə ərimə məlumat verdim. Ərizə ilə bu barədə polis şöbəsinə müraciət etdi".
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sakit 11 il müddətinə azadlıqdan məhrum edilib.

2-04-2023, 14:45 | Hadisə | 0 | 162 |

BiG.AZ Kulis.az-a istinadən Xalq artisti Niyaməddin Musayev haqqında maraqlı faktları təqdim edir.
Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyunun 1-də İmişli rayonunda anadan olub. 1957-ci ildən, yəni 17 yaşından səhnəyə çıxmağa, mahnılar ifa etməyə başlayıb.
***
Gənc yaşlarında Rayon Mədəniyyət Evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılıb. 1968-ci ildə "Muğam-68" festivalının qalibi olub.
1978-ci ildən "Röya" vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev, Azərbaycanda ilk dəfə olaraq milli estrada janrının yaradıcısı olmuş və həmin il ansamblın bir valı buraxılmışdır.
***
1987-ci ildə müğənni Məmməd Arazın sözlərinə yazdığı "Dünya sənin, dünya mənim" adlı mahnını ifa edir. Bu ifa ona böyük şöhrət gətirir.
***
Xalq artistinin bir evliliyi olub. Bu evlilikdən onun Röya, Günel, Orxan adlı övladları dünyaya gəlib. Röya və Günel ingilis dili müəllimi, oğlu Orxan isə gömrükdə işləyir, mayordur.
Çoxları bilmir ki, Niyaməddin Musayev yoqa ilə məşğul olub. Hətta efirlərin birində müğənni Roza Zərgərli Xalq artistindən idman zamanı istifadə etdiyi hərəkətləri nümayiş etdirməsini xahiş edir. Sənətçi onun bu istəyinə etiraz etməyib və səhnəyə çıxaraq yoqa hərəkətləri göstərir.
***
Bir neçə il əvvəl Xalq artistinin Türkan adlı bir xanım müğənni ilə fotoları mediada yayılır. Çoxları bu xanımı müğənninin sevgilisi kimi təqdim etsələr də, Niyaməddin Musayev məsələyə aydınlıq gətirərək deyir:
"O mənim nə tələbəm idi, nə də bir şeyim. O da konsertlərdə iştirak edirdi. Türkan gənc müğənnidir. Burdakı bəzi binamus adamlar götürüb o şəkli hallandırıblar. Harda gic-gic qalmaqalçılar var, özlərini göstərmək üçün yazırlar. Mənim təbiətimdə olan adama belə məsələlər çox pis təsir edir. Nə olsun ki musiqiçiyəm. Hər sahədə hər cür insanlar var. O qız da müğənnidir".
Niyaməddin Musayevlə bağlı xeyli lətifələr və zarafatlar insanlar arasında yayılıb. Bunlardan ən maraqlısı insanların onu 100 dollarlıq ABŞ əsginasının üzərindəki Benjamin Franklinlə müqayisəsi olub. Bu barədə Niyaməddin müəllimə sual verəndə, deyir:
"İndi məni yüz dolların üstündəki kişiyə bənzədirlər. Bundan incimirəm. Hamısı xalqın sevgisidir. Onlar sevgilərini müxtəlif yanaşmalarla göstərirlər".
***
2019-cu ildə müğənni haqqında yayılan ən xoşagəlməz şayiələrdən biri onun ölüm xəbəri olmuşdu. Bu barədə xəbərlər sosial şəbəkələrdə yayılandan sonra müğənninin yaxınları xəbərin yalan olduğunu və bu kimi xəbərlərin sənətçinin səhhətinə pis təsir göstərdiyini açıqlamışdı.
Çoxları bilmir ki, Niyaməddin Musayev 1986-cı ildə Gəncədə konsert verərkən, hər kəsin gözü önündə bıçaqlanıb. İddialara görə, sənətçini bıçaqlayan onun fanatlarından biri olub. Konsert zamanı həmin fanatı ona gül verərkən, gül buketinin içindən bıçağı çıxardaraq sənətçinin boğazına və qarın nahiyəsinə zərbələr endirib. Hadisənin hansı səbəbdən baş verdiyi bu günə qədər məlum deyil. Sənətçiyə hadisə ilə bağlı sual verdikdə isə bu haqda danışmaq istəmədiyini bildirir. Həmin vaxt ağır yaralanan sənətçinin vəziyyəti yaxşı olmadığı üçün Moskvaya aparılıb və orada müalicə olunub.
***
O, 1974-cü ildə sözləri və musiqisi Bəhram Nəsibova aid olan "Şahnaz təsnifi" ("Deyin hardadır") mahnısı ilə sənət aləmində daha çox tanınır.
Niyaməddin Musayev məşhur gitara ifaçısı Bəhram Nəsibovla vaxtilə çox yaxın dost olublar. Bir evdə kirayədə qalıblar, mahnılar yazdırıblar. Ancaq nədənsə bəstəkarın ölümündən sonra Niyaməddin müəllim Şahnaz təsnifinin sözlərinin Bəhram Nəsibova yox, başqa adama aid olduğunu qeyd edib.
Bu fikirlər isə Bəhram müəllimin ailəsi tərəfindən xoş qarşılanmayıb. Bəhram Nəsibovun oğlu Adilin sözlərinə görə, Niyaməddin Musayev onun atasının mahnılarını oğurlayaraq öz adına çıxarıb:
"2008-ci ildə Niyaməddin çıxıb dedi ki, "Gecələr" mahnısı mənimdir. Aləm dəydi bir-birinə. Hamı dedi ki, Bəhram Nəsibov bu mahnını ondan oğurlayıb. Bununla bağlı verilişə çağırdılar bizi. Niyaməddin gəlmədi, qaçıb gizləndi. Ömrünün son günlərində atam Şamo İsayev ilə Niyaməddin Musayevi görmək istəyirdi. Heç biri gəlmədi. Əbəs yerə deməyiblər, düşmənin ən böyük hiyləsi dost olmasıdır".
Məşhurluğunun pik nöqtəsində çoxsaylı sevgi məktubları alan Niyaməddin Musayev özünü Azərbaycanda diskotekanın əsasını qoyan ilk musiqiçi hesab edir.
***
O, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb və 2000-ci ildə "Şöhrət ordeni"ylə, 2020-ci ildə 2-ci dərəcəli "Əmək ordeni" ilə təltif olunub.

2-04-2023, 14:44 | Şou-biznes | 0 | 168 |

"Ət olmayanda, elə bilirəm heç nə yeməmişəm". Bu cümləni ətrafımızdakı çox adamdan eşidirik, ya da elə özümüz deyirik. Çünki ət yeməyi sevirik. Elə bu səbəbdən ölkədə ətin qiymətində 50 qəpik də artım olsa, bizi narahat edir. 2 il əvvəl 1 kiloqramı 10-11 manat olan mal ətinin qiyməti bu gün 15 manatdır.
İnsanları iki sual düşündürür: 1 kiloqram ət üçün 15 manat yüksək rəqəm deyil? Mövcud qiymət sabit qalacaq, ya artım davam edəcək?
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Sahibkar Ağaəli İmanov deyir ki, əvvəllər bu sahə sahibkarlar üçün yaxşı gəlir gətirsə də, indi vəziyyət dəyişib. Hazırkı qiymətlərlə 1 kiloqram ət satışından gəlir 50 qəpikdir:
"Mal ətini rayondan 13,2-13,5 manata alırıq, 14,5 manata satırıq. Çox yerdə artıq 15 manatdır. 50-60 qəpik xərcimiz, 50 qəpik xeyrimiz olur. Biz də ciddi qazanc görmürük".
A.İmanov deyir ki, ətin qiyməti səbəbsiz yerə artmayıb:
"Hər bir məhsulun qiymətində artım var. Heyvan yemi bahalaşdıqca, biz də qiymətləri yüksəltməyə məcbur oluruq. Əvvəllər Rusiya və Ukraynadan yem məhsulları gəlirdi, daxildə də yem məhsulları vardı. Bolluq idi. Ancaq indi Rusiya və Ukraynadan məhsul gəlmir, yerli bazarda da yem bahadır. Məsələn, 2 il əvvəl qışda 1 yonca presini 3-4 manata, yayda isə 2 manata alırdıq. Ətin qiyməti də 11 manat idi. İndi presi 8 manata alırıq. Ətin qiymətini daha ucuz təyin edə bilmirik".
Sahibkar bildirdi ki, qarşıdakı dövrdə ətin qiymətində azalma deyil, artım ola bilər:
"Hələ ki qiymətlərdə hansısa azalma gözlənilmir. Proses göstərir ki, 50 qəpik, 1 manat artım yenə ola bilər. Arpanın, yoncanın qiyməti artdıqca, ətin də qiyməti yüksələcək. Sabit qalsa, yəqin ki ətin qiymətində dəyişiklik olmayacaq".
Qəssab Elbrus Fərəcov deyir ki, sonuncu dəfə bazardan kəsim üçün heyvan ala bilməyib:
"Çünki çox baha idi. Mən əti 14 manata satırdım. Ancaq sonuncu dəfə bazarda mal ətini 15 manatdan aşağı vermədilər. Ətin kiloqramını 15 manata alsam, necə ucuz sata bilərəm?".
E.Fərəcov deyir ki, ətin qiyməti artdıqca əhalinin alıcılıq qabiliyyəti də aşağı düşür:
"Qiymətlərin artması nə bizə sərf edir, nə də xalqa. 2 il əvvəl günə 150 kiloqram ət satırdım. Qiymətlər artdıqca bu çəki azalmağa doğru getdi. Bu gün 50-80 kiloqram ancaq satıram. Əvvəl 3 kiloqram ət almağa gəlirdilər, amma 5 kiloqram alıb gedirdilər. İndi 3 kq 100 qram verəndə, deyir 100 qramı götür".
Qəssab Şahsuvar Əliyev deyir ki, qiymətləri artıran bir səbəb kəndli ilə qəssablar arasında alverçilərin çox olmasıdır:
"Əvvəllər bütün rayonlarda mal bazarı eyni gün olurdu. İndi rayonlarda mal bazarları fərqli günlərdə təşkil edilir. Bu da ona gətirib çıxarır ki, bir rayonda bazar olanda, digər rayonların alverçiləri də o bazara axışır. Heyvanı sahibindən almağa imkan vermirlər. Alverçilər bu yolla böyük qiymət artımı yaradırlar".
Ş.Əliyev deyir ki, əvvəllər Rusiyadan kəsim üçün heyvanlar gətirilirdi, o da qiymətlərə təsir edirdi:
"İndi Rusiyadan heyvan gətirilmir. Əvvəl bazarda rəqabət yaranırdı, yerli heyvanların qiymətini çox yüksək təyin edə bilmirdilər. İndi vəziyyət dəyişib".
Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının sədri Fuad Qulubəyov bildirdi ki, dünyada insan sayı sürətlə artır və bunun fonunda adambaşına düşən ət nisbəti də azalır:
"2021-ci illə müqayisədə 2022-ci ildə ölkədə diri çəkidə ət istehsalı 3 faiz artıb. Bununla paralel insan sayı da artır. Bu proses tək bizdə yox, dünyada gedir. Almaniyada 2021-ci ildə adambaşına 65 kiloqram ət istehlakı var idisə, 2022-ci ildə bu rəqəm 53 kiloqram olub. Tələb çoxdur, təklif də zamanla azalır. Bu qiymətlərə təsir edir. İnflyasiya fonunda da qiymətlərdə artım gedir".
Aqrar sahə üzrə ekspert Rəcəb Orucov deyir ki, ətin qiymətinin 15 manat olmasını şərtləndirən amillər var, qiymətlər süni artırılmayıb:
"6-7 il əvvəllə bu günü müqayisə etsək, respublikada həm xırdabuynuzlu, həm də iribuynuzlu mal-qaranın baş sayında 1 milyona yaxın azalma var. Bu, tələb-təklifə təsir göstərir. Tələb çox, təklif az olanda, qiymətlər artır. Heyvandarlıqda maya dəyərinin əsas hissəsini yem məhsulları təşkil edir. Ona görə hazırda qiymətlər bu səviyyəyə çatıb".
R.Orucovun qənaətincə, qarşıdakı aylarda ətin qiymətində sürətli artım ehtimalı yoxdur:
"Qışda heyvanlar bağlı şəraitdə saxlanılır. Bu zaman onların yetişdirilməsinə daha çox zəhmət və xərc sərf edilir. Yazın gəlişi ilə bəzi təsərrüfatlarda açıq şəraitə keçilir. Maya dəyəri azalır. Bu da qiymətlərə öz təsirini göstərəcək. Ən azından, indiki qiymət sabit qalacaq. Ətin qiymətinin artma ehtimalı çoxdur, azalma gözlənilmir".
R.Orucov bundan sonra qiymətlərdə artım olmaması üçün müəyyən addımların atılmasının vacibliyini bildirdi:
"İntensiv heyvandarlığın inkişafı mütləqdir. Bu istiqamətdə onsuz da dövlət tərəfindən ciddi təşviqlər var. Elmi yanaşmada belədir ki, heyvandarlıqla bitkiçilik sahəsinin balansı qorunmalıdır. Kənd Təsərrüfatı Nazirliyi subsidiya məsələsində yem bitkilərinə üstünlük verməlidir. Bu gün ən aşağı subsidiya yonca sahələrinə verilir. Ətlə təminat cəhətdən real potensialımız var. Sadəcə, qiymətin artmasına səbəb olan amilləri real şəkildə müzakirə edib həlli istiqamətində ciddi addımlar atmaq lazımdır".
R.Orucov qeyd etdi ki, ətin qiymətindəki artımlar əhalinin ətdən istifadə əmsalını aşağı salır. Ətdən istifadə əmsalının aşağı düşməsi ölkə iqtisadiyyatı və istehlak bazarımız üçün heç də uğurlu hal sayılmır.

2-04-2023, 14:42 | Sosial | 0 | 197 |

Aprelin 3-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

2-04-2023, 14:41 | Hava | 0 | 181 |

Azərbaycan Ordusu Laçında nəzarətə götürdüyü Ermənistanla sərhədboyu ərazilərdə 10 yeni post qurub.
Bu barədə Ermənista mediası məlumat yayıb.
Gorusun Tex (Dığ) icmasına daxil olan Aravusun keçmiş inzibati rəhbəri Arqam Hovsepyan bildirib ki, azərbaycanlıları nəzarətə götürdükləri mövqelərdən geri çəkilmir.
"Hökumətimiz deyir ki, vəziyyət yaxşılaşır. Əgər azərbaycanlılar geri çəkilməyibsə, hansı yaxşılıqdan danışırlar? Azərbaycanlılar artıq 10-11 post qurub, aktiv şəkildə mühəndislik işləri aparır", - Hovsepyan bildirib.
Ordumuzun Laçında Ermənistanla sərhədboyunca yeni postlar qurması İrəvan və Qarabağdakı separatçıların nəzarətsiz olan həmin ərazilərdən istifadəsinin də qarşısı alınır. Və beləliklə, çıxış yolları bağlanan separatçıların ətrafında çəmbər getdikcə daha da daralır. Bundan sonra hədəf Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulmasıdır.(publika.az)

2-04-2023, 14:40 | Siyasət / Qarabağ | 0 | 211 |

"Diplomatik danışıqların başlaması və müharibənin sonunun müəyyənləşdirilməsi yalnız Rusiya qoşunlarını Ukraynadan döyüşsüz çıxardıqdan sonra ola bilər".
"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
Onun sözlərinə görə, əgər Ukrayna ərazilərindən Rusiya qoşunlarını özü çıxarsa, danışıqlar baş tutmayacaq:
"Çünki, çox böyük itkilər olacaq. Çoxlu sayda qurbanlar olacaq. Ümumiyyətlə, bu insanlarla nə danışaq? Onları təcrid etmək lazımdır, onların əlini də sıxmaq lazım deyil. Hamısı budur".

2-04-2023, 14:39 | Siyasət | 0 | 232 |

Son zamanlar dünyada və Azərbaycanda vərəm xəstəliyi ilə bağlı narahatlıqlar artıb. Təkcə ötən il Azərbaycanda 2 877 insan ilkin, yəni ömründə ilk dəfə bu xəstəliyə yoluxub. Rəsmi dövlət qeydiyyatında olan xəstələrin sayı isə 5 169 nəfərdir.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova "Report"a açıqlamasında bildirib ki, son 10 ildə Azərbaycanda vərəm xəstəliyinə yoluxma iki dəfə azalıb.
O bildirib ki, xəstələnmə göstəricisi - 100 000 respublika əhalisinə - 28,4 təşkil edib:
"Son on ildə bu göstərici iki dəfə azalıb. Həmçinin digər ölkələrlə müqayisə etsək, görərik ki, Azərbaycanda yoluxma sayı azdır. Bu da xəstəliyin vaxtında aşkar edilməsi, xəstənin dərhal müalicəyə cəlb olunması və müalicə kursunun uğurla başa çatması ilə əlaqədardır".
İ.Axundova söyləyib ki, vərəm infeksion xəstəlikdir və əsasən, hava-damcı, hava-toz yolu ilə yayılır:
"Bu səbəbdən sağlam insanların xəstə ilə birlikdə eyni məkanda olduğu halda yoluxma baş verə bilər. Yoluxan hər bir şəxs vərəm ilə xəstələnmir. Ətrafdakı şəxsin immunitet sisteminin güclü olub-olmaması, vərəm mikrobunun sayı və virulentliyi burada mühüm rola malikdir. Vərəm çöpləri yoluxduğu orqanizmdə latent ("yatmış") formada qalaraq xəstəlik törətməyə və yaxud immunitetin zəiflədiyi zamanda aktiv formaya keçərək xəstəlik törədə bilər".
İnstitut direktoru vərəmdən qorunmaq üçün sağlam həyat tərzi sürməyi və yaxşı qidalanmağı tövsiyə edib.
O vurğulayıb ki, immunitetin zəifləməsinə yol verilməməlidir:
"Aktiv vərəm xəstəsi ilə təmasda olmamaq, təmas yarandığı halda dərhal həkimə müraciət edib, tibbi müayinədən keçmək lazımdır. Vərəm xəstəsini heç də kənardan, xarici görünüşündən tanımaq olmur. Vərəm üçün mütləq patoqnomik olan bir əlamət yoxdur. Yəni elə bir əlamət yoxdur ki, ona görə şəxsdə vərəm xəstəliyi olduğunu əminliklə söyləyə bilək. Amma vərəmin lokalizasiyasından asılı olmayaraq, istər ağciyər, istərsə də digər orqanların vərəmi üçün xas olan əlamətlər var".
Direktor xatırladıb ki, xəstəlik ən çox tənəffüs orqanlarını zədələyir:
"Ağciyər vərəminin müxtəlif formalarında müşahidə edilən əlamətlər - üç həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, hətta bəlğəmin qanlı olması, döş qəfəsində ağrı, gecələr intensiv tərləmə, təngnəfəslik, iştahasızlıq, arıqlama, halsızlıq, yorğunluq hissinin olmasıdır. Təbii ki, bu əlamətlərin bir və ya bir neçəsinin olması heç də həmin insanın vərəmə yoluxmasını sübut etmir. Ancaq bu əlamətlər vərəmə şübhə yaradır və müşahidə edildikdə həkim-mütəxəssisə müraciət etmək məsləhətdir, çünki xəstəliyin diaqnozunu aparılan kompleks müayinələrin əsasında təsdiq etmək mümkündür. Yalnız bəlğəmin və ya hər hansı bir patoloji materialın müayinəsi zamanı vərəm mikrobakteriyasının aşkarlanması vərəm xəstəliyinin əminliklə təsdiq olunmasına imkan verir".

2-04-2023, 14:38 | Sağlam ol | 0 | 199 |

Media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilib.
“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.
Vergidən azadolmalar audiovizual media subyektlərinə şamil olunmur.

2-04-2023, 00:59 | Muxtelif | 0 | 209 |