16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Messi yenə "Qızıl buts" qazandı

Messi yenə "Qızıl buts" qazandı

MLS-in (ABŞ Peşəkar Futbol Liqası) pley-off mərhələsinin 1/8 finalı ərəfəsində "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi mövsümün ən məhsuldar oyunçusu kimi "Qızıl buts" mükafatına layiq görülüb. 


BAKU.WS xəbər verir ki, məlumatı "Çempionat" nəşri yayıb.

38 yaşlı argentinalı hücumçu müntəzəm mövsümdə 28 oyunda 29 qol vuraraq rəqiblərini geridə qoyub. Onun ən yaxın izləyiciləri "Los-Anceles" klubunun futbolçusu Deni Buanqa və "Neşvill"in hücumçusu Sem Sarric olub – hər iki oyunçu mövsümü 24 qolla başa vurub.

Messi 2023-cü ilin yayında "İnter Mayami"yə transfer olunub. O vaxtdan bəri bütün turnirlərdə 82 matçda meydana çıxaraq 71 qol və 37 asistlə yadda qalıb. "Transfermarkt"ın məlumatına əsasən, təcrübəli futbolçunun bazar dəyəri hazırda 18 milyon avro təşkil edir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница