13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA

Alimlər infarkt və insultun qarşısını almağın yeni yolunu KƏŞF ETDİ - Bu dərmanla…

Alimlər infarkt və insultun qarşısını almağın yeni yolunu KƏŞF ETDİ - Bu dərmanla…

Alimlər ürək-damar xəstəliklərinin qarşısını almaqda ümidverici nəticə göstərən yeni üsul müəyyən ediblər. ABŞ-nin Mass General Brigham tədqiqat şəbəkəsinin alimləri bildiriblər ki, evolokumab adlı preparatın standart müalicəyə əlavə olunması, yüksək risk qrupuna daxil olan insanlarda ilk infarkt və insult riskini əhəmiyyətli dərəcədə azaldır. 


BAKU.WS xəbər verir ki, tədqiqatın nəticələri American Heart Association Scientific Sessions (AHA)konfransında təqdim edilib.

VESALIUS-CV adlı klinik sınaqda 12 mindən çox insan iştirak edib. Onların hamısında ateroskleroz və ya şəkərli diabet olsa da, daha əvvəl infarkt və ya insult keçirməmişdilər.

Tədqiqat 4,6 il davam edib və nəticələr sensasiyalı olub: evolokumab qəbul edən iştirakçılarda infarkt və insult riski 25%, infarktın öz riski isə 36% azalıb.

Evolokumab, PCSK9 inhibitorları adlanan dərman sinfinə daxildir. Bu preparatlar qanda "pis" xolesterin kimi tanınan LDL səviyyəsini aşağı salır, bu da ürək xəstəliklərinin əsas səbəblərindən biridir.

Alimlərin sözlərinə görə, dərman orqanizmdə xolesterinin təhlükəsiz səviyyəsini (təxminən 40 mq/dl)təmin edir və bu, hətta daha əvvəl ürək problemi yaşamayan insanlarda belə, ağır ürək-damar hadisələrinin qarşısını almağa kömək edir.

Qeyd edək ki, daha əvvəl aparılan araşdırmalar duzun artıq qəbulunun da aterosklerozun inkişafını sürətləndirdiyini, hətta normal qan təzyiqi olan şəxslərdə belə ürək-damar riskini artırdığını göstərib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница