09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Yeni tikililərin fantastik qiymətə satılmasının səbəbi nədir? - AÇIQLAMA

Yeni tikililərin fantastik qiymətə satılmasının səbəbi nədir? - AÇIQLAMA

Son illərdə Bakıda yeni tikililərin qiymətləri sürətlə artmaqda davam edir. 


BAKU.WS-in məlumatına görə, bəzi yaşayış komplekslərində 1 kvadrat metr üçün qiymətlər 3500–5000 manat civarına qədər yüksəlib.

Bu isə ev sahibi olmaq istəyənlər arasında ciddi müzakirələrə və narazılıqlara səbəb olub.

Bəs bu fantastik qiymət artımının arxasında hansı amillər dayanır? Tikinti bazarında nələr baş verir və mənzil almaq niyə getdikcə çətinləşir?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə açıqlamasında bildirib ki, yeni tikililərin qiymətinin fantastik dərəcədə yüksək olmasının bir neçə səbəbi var:

"Səbəblərindən biri daşınmaz əmlakın investisiya cazibədarlığının artması və investisiya vasitəsi kimi digər bütün vasitələri arxada qoymasıdır. İkinci səbəb tikinti xərclərinin artmasıdır. Üçüncü səbəb tikinti normativlərinin daha mürəkkəbləşməsidir. Bu da xərclərin meydana gəlməsində çox mühüm rol oynayır. Sonuncu səbəb isə tələbatdır.

Yəni bu dörd amil yeni tikililərin, hətta təməldən olan tikililərin digərlərindən baha başa gəlməsinə və bazarda daha yüksək qiymətlərlə təklif olunmasına səbəb olur".

Orxan Hüseyn



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница