09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Bu tarixə qədər səmada "ulduz yağışı" olacaq

Bu tarixə qədər səmada "ulduz yağışı" olacaq

Noyabrın 30-dək Leonid meteor yağışı aktiv olacaq. 


Bu barədə BAKU.WS-ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, Onun pik dövrü 17–18 noyabr gecəsi gözlənilir. Orta aktivlik dövründə saatda təxminən 15–20 meteor müşahidə edilə bilər. Leonidlər əsrlərdir astronomları və müşahidəçiləri heyran edən ən möhtəşəm meteor yağışlarından biridir. Adını Şir (Leo) bürcündən götürür. Bu yağışın mənbə cismi Tempel–Tuttle kometidir. Hər 33 ildən bir Yer kometin yeni buraxdığı hissəcik buludunun içindən keçəndə Leonidlər "meteor fırtınası" yarada bilir. Bu zaman saatda minlərlə meteor müşahidə olunur. Leonidlərin meteorları çox sürətli olur – sürətləri təxminən 71 km/saniyədir. Bu, onları göydə ən sürətli meteor yağışlarından birinə çevirir.

Qeyd edilib ki, onların işıq izləri uzunmüddətli olur, bəzən yaşıl, mavi və ağ rəng çalarlarında görünür. Leonidlərin ən möhtəşəm tərəfi isə onların tarixi fırtınalarıdır. 1833-cü ildə müşahidəçilər səmada saatda təxminən 100 000 meteor görmüşdülər. Bu hadisə "meteor yağışı" anlayışını dünyaya tanıdan ən güclü təbiət hadisələrindən biri olub. 2025-ci ildə belə fırtına gözlənilmir, amma Leonidlər öz parlaq və sürətli "ulduz yağışı" ilə hələ də ən sevilən meteor yağışlarından biri olaraq qalır.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница