18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Araz Musayevin bıçaqlanmasına görə 5 nəfər saxlanılıb - Biri millinin baş məşqçisidir

Araz Musayevin bıçaqlanmasına görə 5 nəfər saxlanılıb - Biri millinin baş məşqçisidir

Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyədə bıçaqlanması ilə bağlı saxlanılanlar var.


Bu barədə "Qafqazinfo" "Haber Türk"ə istinadən xəbər verir.

Telekanalın yaydığı məlumata görə, Antalyanın Kəmər bölgəsində baş verən hadisəyə görə 5 nəfər şübhəli bilinir. Onlardan üçü özbəkistanlı, ikisi isə azərbaycanlıdır.

Qeyd olunur ki, hadisədən sonra qaçan şəxslər Antalya hava limanında saxlanılıb. Onlar qaçmazdan əvvəl şəhər mərkəzində bərbərə gedərək imiclərini və paltarlarını dəyişiblər.

O da bildirilir ki, şübhəli şəxslərdən biri hadisə axşamı Rusiya qaçmağa müvəffəq olub. Lakin o da Rusiyada hava limanında saxlanılıb. Həmin şəxsin Türkiyəyə ekstradisiyası planlaşdırılır.

Telekanalın iddiasına görə, saxlanılan şəxslərdən biri millinin baş məşqçisidir. "Teleqraf" isə söhbətin Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimovdan getdiyini yazıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница