13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA

Bu bürcləri sevgi həyatında taleyüklü dəyişikliklər gözləyir: kimlərdir onlar?

Bu bürcləri sevgi həyatında taleyüklü dəyişikliklər gözləyir: kimlərdir onlar?

Astroloqların fikrincə, yaxın zamanda bir neçə bürcün şəxsi həyatında ciddi dəyişikliklər baş verəcək. 


Bəziləri üçün bu, yeni romantik münasibətlərin başlanğıcı olacaq, digərləri üçün isə mövcud münasibətləri yenidən dəyərləndirmək və sevgidən nə istədiklərini anlamaq vaxtıdır.

Qoç

Qoç bürcləri emosional hadisələrin mərkəzində olacaq. Onları gözlənilməz hisslər alovu - qəfil simpatiya və ya keçmişdən qayıdan bir insan gözləyə bilər. Qoçlara tövsiyə olunur ki, intuiziyalarına güvənsinlər və yeni təcrübələrə açıq olsunlar. Qismət onlara sevgiyə baxışlarını dəyişəcək bir münasibət bəxş edəcək.

Buğa

Buğalar üçün qəti addımlar atmaq vaxtıdır. Uzun müddət tərəddüd edənlər nəhayət, hisslərini etiraf edə və ya evlilik təklifi edə biləcəklər. Tənha Buğalar isə həyatlarında etibarlı dayağa çevriləcək biri ilə tanış ola bilər. Əsas olan - rahatlıq zonasından çıxmaqdan qorxmamaqdır.

Şir

Şirlər üçün parlaq emosiyalar və gözlənilməz etiraflarla dolu bir dövr başlayır. Onların cazibəsi və özünəinamı diqqətləri üzərlərinə çəkəcək. Lakin vacibdir ki, illüziyaların təsiri altına düşməsinlər və sağlam düşüncəni qoruyub saxlasınlar - yalnız bu halda yeni münasibətlər ciddi və davamlı birliyə çevrilə bilər.

Əqrəb

Əqrəbləri dərin hisslərin yenidən dəyərləndirilməsi gözləyir. Ola bilər ki, bəziləri indiki münasibətlərinin artıq özünü doğrultmadığını anlayacaq və dəyişiklik qərarına gələcək. Keçmişi arxada buraxaraq, onlar gerçək anlayış və ruh yaxınlığı tapacaqları bir insanla qarşılaşa bilərlər.

Oğlaq

Oğlaqlar üçün taleyin gözlənilməz dönüşü var: uzun müddət gizlədikləri hisslər yenidən alovlana bilər. Bəzi Oğlaqlar münasibətlərini daha ciddi səviyyəyə qaldırmaq qərarına gələcəklər. Subay Oğlaqlar isə həyatlarını bölüşmək istədikləri bir insanla tanış ola bilərlər.

Balıqlar

Balıqları emosional sarsıntılar gözləyir. Onlar ürəklərini daha sürətlə döyündürəcək biri ilə tanış ola bilərlər, lakin bu tanışlıq eyni zamanda onların həqiqi sevgiyə nə qədər hazır olduqlarını da yoxlayacaq. Bu dövr Balıqlara özlərini dəyərləndirməyi və səmimi hisslərə açılmağı öyrədəcək.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница