22:48 Niyə insanlarda həm süd, həm də daimi dişlər olur? 22:47 Bu bürcləri sevgi həyatında taleyüklü dəyişikliklər gözləyir: kimlərdir onlar? 10:14 Ölümü ilə bütün dünyanı ağladan müsəlman milyarder 20:49 Robert De Niro Bakıya gələcək 20:48 Noyabr ayının ən faydalı mövsüm meyvəsi - Şirəsindən gündə bir stəkan içmək… 20:47 Alimlər infarkt və insultun qarşısını almağın yeni yolunu KƏŞF ETDİ - Bu dərmanla… 20:45 Duzlu və acılı qidaların orqanizmə zərərləri açıqlandı 20:44 Azərbaycanda bəzi yerlərdə ətin qiyməti ENDİ 10:21 Bakıda balta ilə arvadını öldürən kişi özünü asdı 10:20 Çox yaxında əlinə xeyli pul gələcək 3 BÜRC

Süleyman Mikayılov 42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır

Süleyman Mikayılov 42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır

Süleyman Mikayılov ölkənin ən stajlı icra başçılarından biri sayılır. O, 20 ildən çoxdur Azərbaycanın müxtəlif rayonlarına rəhbərlik edir.


Süleyman Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. O, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Gənclik illərində peşəkar boksla məşğul olub. Ölkə birinciliklərində uğurları var.


63 yaşlı icra başçısı təxminən 20 il gömrük orqanlarında çalışıb. Karyerasının 1 ili 2019-cu ildə ləğv edilmiş Vergilər Nazirliyi ilə bağlıdır. Bir ilə yaxın Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.


Süleyman Mikayılovun bioqrafiyasında maraqlı məqamlar az deyil. İnternet resurslarındakı məlumatlar göstərir ki, Mikayılov idmanla yanaşı həm də hüquq elminə maraq göstərib. O, 2004-cü ildə, 42 yaşında Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.


Xatırladaq ki, Süleyman Mikayılov 4 mart 2010-cu ildən Qaradağ rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışır.


Mikayılov bu təyinata kimi Yardımlı və Lənkəran rayonlarına rəhbərlik edib.


2003-cü ildən Azərbaycan Boks Federasiyasının vitse prezidentidir.




Яндекс.Метрика MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница