Пятница
мар 03

Hamiləliyin ilk 1-ci həftəsi

Ginekoloqunuz, bu tarixdən etibarən hamiləliyi (hestasiya dövrünü) hesablamağa başlayacaq

Hamiləliyin ilk həftəsində qadın orqanizmində baş verən dəyişikliklər.
Aybaşı siklinin, təxminən 10-12 günündə ovulyasiya baş verir (bəzən daha tez, bəzən də gec, siklin müddətindən və orqanizmin xüsusiyyətlərindən asılıdır) – yetişmiş yumurta hüceyrəsi yumurtalıqdan çıxır və mayalanma anını gözləyir. Yumurta hüceyrəsinin yetişdiyi an hormonal sistemdə və sinir sistemində dəyişikliklər baş verir. Nöqteyi-nəzərdən, hər ay hamiləliyin ilk həftəsi hesab olunur, lakin həqiqi hamiləlik yalnız yumurta hüceryrəsinin mayalandığı an baş verir, təxminən siklin 10-12-ci günü. Buna görədə, mayalanma baş veribsə - ilk həftə, şərti olaraq, dölün inkişafa başladığı həftə hesab olunur.
Beləliklə həkimlər hamiləliyin baş verdiyi anı yumurtalığda follikulun (onunla bərabər yumurta hüceyrəsinin) yetişdiyi andan hesablayır, və ilk həftə aybaşı siklinin ilk gününə təsadüf edir. Bu an, xanımlarda, aybaşı zamanı yaranan əlamətlər baş verir: qanlı ifrazat, uşaqlığın yığılması, qarının aşağı hissəsində ağrılar və başqa xoşagəlməz hisslər yaşanır.
Aybaşı bitdikdən sonra, bütün simptomlar keçir: yuxusuzluq, narahatçılıq, süd vəzilərinin həssaslığı, bəzən zəiflik. Bəzi xanımlarda aybaşı daha ağrılı keçir, lakin, onlar, hamiləliyi planlaşdırırsa dərman preparatlarının qəbulunu dayandırmalıdır və ya onları sirf həkim məsləhəti ilə qəbul etməlidir, çünki ilk həftə gələcək körpənin inkşafında çox önəmidir. Onun gedişatı rüşeymin uşaqlıq divarına bitişməyinə təsir edir.
Hamiləliyin əsas əlamətlərini xanımlar təxminən siklin 20-ci günündə hiss edirlər, rüşeymin uşaqlıq divarına bitişərək tamamilə onun daxilinə keçməsi ilə, orqanizimdə mühüm dəyişikliklər baş verir, o dölün inkişafına və doğulmasına hazırlaşır.

Bunları bilməniz faydalıdır
Qadınların orqanizmindəki dəyişikliklər hormonların səviyyəsindən aslıdır. Aybaşının ilk günündə hipofiz follikull stimuləedici hormon (FSH) ifraz edir, bu hormonun təsiri altında yumurtalığda follikul yetişməyə başlayır. Qanda estrogen və progesteron hormonlarının miqdarı azalır və prostaqlandinin səviyyəsi artır - bu hormon uşaqlığın yığılmasına səbəb olur. Onun təsiri altında uşaqlığın səthindən endometrium qatı aralanıb qopur və aybaşı qanaxmasıyla uşaqlıq boşluğundan çıxır.
USM-ə ehtiyac olduğu halda, onu hamiləliyin ilk həftəsinin sonuna təyin edirlər (adətən siklin 5-6 cı gunlərinə), aybaşı qanaxması dayandığı zaman. Bu zaman həkim böyüyən follikulu görüb ovulyasiya tarixini (yumurtanın follikuldan cıxdığı zamanı) dəqiq təyin edə bilir. Ovulyasiya gününə təsadüf edən cinsi əlaqə hamilə qalma ehtimalını artırır, buna görədə hamiləliyi planlaşdıran xanımlar üçün USM nəticəsi faydalıdır. Ovulyasiya tarixini hesablamaq üçün digər üsul - bazal temperaturun ölçülməsidir. Ovulyasiya günü o kəskin şəkildə artır. Sonrakı günlərdə temperatur ölçməsi implantasiya tarixini və hamiləliyin baş verdiyini müəyyənləşdirməyə kömək edir.
Hamiləliyin ilk həftəsində testi nə vaxt etmək məsləhətlidir?
Təbii ki ilk hestasiya həftəsində test barədə danışmaq mənasızdır. Lakin test aybaşı gecikməsindən dərhal sonra edilərsə, siz hamiləliyin ilk həftəsini rahatlıqla müəyyən edə bilərsiniz. Müasir testlərlə bunu rahatlıqla etmək olar.Yumurta hüceyrəsi mayalandığı zaman qanda xorionik qonadotropinin miqdarı artır. Hamilə olmayan xanımlarda bu hormonun normal səviyyəsi 5 mU / ml təşkil edir, lakin mayalanmadan sonra onun miqdarı 100 mU / ml-yə qalxır. Test müsbət nəticə göstərir, lakin, bu halda hamiləliyin "hestasiya" dövrü daha uzun olur. Əgər həkim, menstruasiya zamanı USM təyin edirsə, bu, hamiləliyi təsdiqləmək üçün deyil, müəyyən tibbi səbəblərdən və ya hamiləliyin stimulyasiyası məqsədilə aparılır.

Gələcək ananın sağlamlığı
Gələcək valideynlər üçün sağlam həyat tərzi sürmək çox önəmlidir, çünki onların orqanizmində – doğulacak körpəni yaradan iki hüceyrə - spermatazoid və yumurta hüceyrəsi yetişir.
Əgər valideynlərdən biri müalicə olunursa, dərman preparatları qəbul edirsə və ya hansısa müayinədən keçirsə, həmin vaxta təsadüf edən aybaşı siklində hamiləliyin planlaşdırılmasını həkimlə mütləq məsləhətləşməlidir.
Ana olmağa hazırlaşan xanımlara stressli iş və yüksək fiziki fəaliyyətdən uzaqlaşmaq tövsiyə olunur.
Böyük insan kütləsi olan yerlərdən uzaq durmaq məsləhətlidir, virusa yoluxmamaq üçün, gigiyena qaydalarına riayət edilməlidir.
Ət, balıq, süd məhsulları, kompleks karbohidratlar, meyvə və tərəvəzlə qidalanmaq məsləhət görülür.
Multivitaminlərin qəbulunu yaxşı olar ki, həkiminizlə razılaşasınız, o sizin saqlamlıq durumunuzu və qaldığınız ərazini (bəzi regionlarda suyun tərkibində yod, ftor və başqa mikroelementlər çatışmır) nəzərə alaraq, sizə uyğun dərman seçməyə kömək edəcək.

Комментарии (0)

Оставить комментарий