16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Ətri mətbəxi bürüyən möhtəşəm dad: Darçınlı peçenye resepti

Ətri mətbəxi bürüyən möhtəşəm dad: Darçınlı peçenye resepti

Darçının özünəməxsus cəzbedici ətri ilə hazırlanan darçınlı peçenye, çay süfrələrinin və qəlyanaltı anlarının əvəzolunmaz ləzzətinə çevriləcək. Hazırlanması olduqca asan və tezbazar olan bu resept, həm uşaqların, həm də böyüklərin sevimlisi olacaq. 

Ərzaqlar:

125 qram kərə yağı (otaq temperaturunda)

1 çay stəkanı şəkər tozu

1 çay stəkanı duru yağ

1 ədəd yumurta

1 paket vanil

1 paket qabartma tozu

1 yemək qaşığı darçın

2,5 - 3 stəkan un


Üzəri üçün:

Darçın və şəkər tozu qarışığı

Hazırlanma qaydası

Kərə yağı, duru yağ və şəkər tozunu bir qabda krem halına gələnədək çalın.

Yumurtanı əlavə edib qarışdırmağa davam edin.

Vanil, qabartma tozu, darçın və unu tədricən əlavə edərək yumşaq bir xəmir yoğurun.

Xəmirdən qoz böyüklüyündə hissələr götürün, yumrulayın və darçın-şəkər qarışığına batırın.

Peçenyeləri yağlı kağız sərilmiş soba sinisinə düzün.

Əvvəlcədən 180°C temperaturda qızdırılmış sobada 12-15 dəqiqə bişirin.

Lalə Qüdrətova



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница