Воскресенье
мар 05

Hamiləliyin 10-cu həftəsi

Hamiləliyin 10-cu həftəsi
Ən çətin və təhlükəli anlar artıq geridə qaldı. Sözsüz ki, ilk 8-10 – cu həftələr ən önəmli həftələr sayılır, çünki bu dövrlərdə körpənin orqanlarının formalaşması baş verir, buna görədə hər hansi bir stressli vəziyyətlər, xəstəliklər (məsələn: tənəffüs yollarının infeksiyaları), dərman qəbulu, körpənin inkişafına mənfi təsir göstərə bilər.
9-cu həftə bitdikdən sonra, artıq orqanların təməli qoyulub, sonrakı müddətdə onların inkişafı baş verir. Paralel olaraq ciftin də inkişafı tamamlanır, onun birbaşa fəaliyyəti başlayır. Cift ana və körpə arasında qoruyucu təbəqə yaradır, hansı ki, körpəni qoruyur, ana və körpə arasında bütün mübadilə proseslərində iştirak edir. Bu da o deməkdir ki, körpənin inkişafında qorxulu dövr anları artıq geridə qalıb. Lakin, qarşıda hələki 30 həftə var, onlarada diqqət yetirmək lazımdır, çünki hər həftənin özünəməxsus xüsusiyyətləri var.

Hamiləliyin 10-cu həftəsinə məxsus hallar
Hamiləliyin 10-cu həftəsində toksikoz hələ də narahat edir, bəzən artır. Bir az səbr edin, tədricən bu xoşagəlməz hisslər keçəcək, sağlamlığınıza aid həkim tövsiyyələrinə riayət edin.
Toksikoz əlamətlərindən: ürəkbulanma, qusma, yanma hissini hesab etmək olar.  Qidanın mədədən qida borusuna daxil olması nəticəsində, mədə şirəsi qida borusunun selikli qişasını zədələyir və sinədə yanma və ağrı hissləri yaranır. Buna görə də hamiləliyin 10-cu həftəsində yaranan ağrılar sizi narahat etməsin, bu normal haldır. 
Hamiləliyin 10-cu həftəsində tez-tez sidiyə getmə halları olur (böyümüş uşaqlığın sidik kisəsinə təzyiqi nəticəsində). Əsasən öskürmə, asqırma və gülmə zamanı olur, təkrar hamiləlik keçirən xanımlarda və hamiləliyin son aylarında daha çox narahat edir.

Hamiləliyin 10-cu həftəsi: anada hansı dəyişikliklər baş verir?
Uşaqlığın ölçüləri böyüyür. Qarnınız yumrulanıbsa, ən sevdiyiniz geyimləriniz sizə dar olursa, kefinizi pozmayın, bu dəyişiklikləri ətrafdakılar hələki görmür.  Toksikoz zamanı arıqlayan xanımlar əvvəlki çəkilərinə qayıdırlar.
Dərinin pigmentasiyasında da dəyişikliklər olur,   bədənin bəzi hissələrində tüklərin artımı müşahidə oluna bilər, narahat olmağa dəyməz, bu sadəcə hormonların təsiri altında baş verir, doğuşdan sonra ilk aylarda (bu müddət xanımların orqanizmindən asılıdır) dəriniz normal halına qayıdacaq.

Hamiləliyin 10-cu həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Körpənin orqanları sürətli şəkildə inkişaf edir. 10-cu həftədə yalnız zəruri hallarda USM edilir. Həkim-ginekoloq, USM etmədən, körpənizdə baş verən dəyişikliklər barədə sizə geniş məlumat verə bilər, məsələn, sümük sisteminin qığırdaqları əvəz etməsi barədə, skeletin formalaşması barədə.
Körpənin alt çənəsini görmək olur, baxmayaraq ki, çənənin əzələ lifləri, yeni formalaşmağa başlamışdır. Burun daha dəqiq görsənir, erkən inkişaf dövrü olmasına baxmayaraq, o, artıq hissiyyat reseptorları ilə təchiz olunub.
Ağız boşluğunda əzələ toxumaları əmələ gəlir, onlar çeynəmə əzələsini yaradır. Dilin üzərində dad reseptorları formalaşır.
Həzm sistemi orqanlarının bir hissəsi artıq formalaşıb, tezliklə onlar birbaşa öz funksiyalarını yerinə yetirəcək. Sinir sisteminin formalaşması davam edir.
Ürək dəqiqədə 160-170 dəfə döyünür. Hamiləliyin 10-cu həftəsində dölün ölçüsü 28-33 mm, çəkisi isə 5-6 qramdır.

Məsləhət
Hamiləliyin bütün müddətində, əsasəndə 10-cu həftəsində, sağlam həyat tərzi tövsiyyə olunur, özünüzü yorucu fiziki fəaliyyətlə məşğul etməyin, bacardıqca çox dincəlin, stress hallarından uzaq olun, düzgün yuxu rejiminə riayət edin. Bütün bunlara əməl etməniz sağlam körpənin doğulmasına kömək olacaq.

Комментарии (0)

Оставить комментарий