08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Türkiyədə COVID-19-un "Frankenşteyn" variantı aşkarlandı

Türkiyədə COVID-19-un "Frankenşteyn" variantı aşkarlandı

Türkiyədə son həftələrdə tənəffüs yolları infeksiyalarında ciddi artım müşahidə olunur. Mütəxəssislər bunun COVID-19, qrip və digər virusların eyni vaxtda yayılması ilə bağlı olduğunu bildirirlər. 


BAKU.WS xəbər verir ki, pulmonoloq Şevket Özkaya "Haber Global"a açıqlamasında bildirib ki, ölkədə koronavirusun yeni "Frankenşteyn" adlanan variantı da qeydə alınıb.

Onun sözlərinə görə, bu ştam hazırda bəzi xəstələrdə aşkarlansa da, kritik və ya həyati təhlükə yaradan hallar qeydə alınmayıb.

Həkim qeyd edib ki, virusların paralel şəkildə dövriyyədə olması "üçqat epidemiya" effekti yaradır, bu isə xüsusilə yaşlılar və xroniki xəstəliyi olan şəxslər üçün risk faktorudur.

Özkaya vətəndaşları fərdi gigiyenaya, maska istifadəsinə və qapalı məkanlarda havalandırmaya diqqət etməyə çağırıb:

"Hazırda simptomlar yüngül olsa da, virusun yayılma sürəti yüksəkdir. Bu səbəbdən hər kəs ehtiyatlı davranmalıdır."

Qeyd edək ki, "Frankenşteyn" adlandırılan yeni COVID-19 variantı bir neçə alt-variantın birləşməsi nəticəsində yaranıb və bir sıra ölkələrdə də müşahidə edilməyə başlayıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница