16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Düyünün suyuna 1 ədəd əlavə edin - Plov həm dən-dən qalacaq, həm də dadı 10 qat artacaq

Düyünün suyuna 1 ədəd əlavə edin - Plov həm dən-dən qalacaq, həm də dadı 10 qat artacaq

Plov bişirmək sadə görünsə də, əslində mətbəxdə ən diqqət tələb edən yeməklərdən biridir. Yapışmayan, dən-dən və ləzzətli plov hazırlamaq üçün düzgün texnika və kiçik sirlər vacibdir. 

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, düyü suyuna 1 dilim limon əlavə etmək, plovun həm daha ağ, həm də dən-dən qalmasını təmin edir. Limonun tərkibindəki təbii turşu, düyünün artıq nişastasını suya buraxmasına kömək edir. Bu da bişmə zamanı dənələrin bir-birinə yapışmasının qarşısını alır. Üstəlik, limon düyüyə yüngül parıltı da verir.

Hazırlanması çox sadədir:

Düyünü ilıq və ya isti suda isladın.

İçinə 1 dilim limon əlavə edin.

Düyünü 15-20 dəqiqə bu suda saxlayın.

Daha sonra limonu çıxarın, düyünü yaxşıca yuyun və plovunuzu bişirin.

Bu üsulla düyü həm nişastasını atır, həm də diri qalır.

Dadını dəyişmir, əksinə yaxşılaşdırır


Bəzi insanlar limonun plovun dadını poza biləcəyini düşünə bilər. Amma bu tamamilə yanlışdır. Limon yalnız islatma mərhələsində istifadə olunduğu üçün bişmə zamanı onun dadı yeməyə keçmir. Nəticədə daha yüngül və balanslı bir plov alınır.

Limonun təsirini artırmaq və plovu daha ideal etmək üçün bu qaydalara əməl edin:

Düyünü bol su ilə yaxşıca yuyun.

Bişirməzdən əvvəl bir az kərə yağı ilə 2-3 dəqiqə qovurun.

Ölçülü miqdarda su əlavə edin.

Plovu bişdikdən sonra mütləq 10-15 dəqiqə dəmləyin.

Lalə Qüdrətova



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница