22:48 Niyə insanlarda həm süd, həm də daimi dişlər olur? 22:47 Bu bürcləri sevgi həyatında taleyüklü dəyişikliklər gözləyir: kimlərdir onlar? 10:14 Ölümü ilə bütün dünyanı ağladan müsəlman milyarder 20:49 Robert De Niro Bakıya gələcək 20:48 Noyabr ayının ən faydalı mövsüm meyvəsi - Şirəsindən gündə bir stəkan içmək… 20:47 Alimlər infarkt və insultun qarşısını almağın yeni yolunu KƏŞF ETDİ - Bu dərmanla… 20:45 Duzlu və acılı qidaların orqanizmə zərərləri açıqlandı 20:44 Azərbaycanda bəzi yerlərdə ətin qiyməti ENDİ 10:21 Bakıda balta ilə arvadını öldürən kişi özünü asdı 10:20 Çox yaxında əlinə xeyli pul gələcək 3 BÜRC

Çin "süni günəş" yaradır

Çin "süni günəş" yaradır

Çin "süni günəş" adlandırılan BEST eksperimental termonüvə reaktorunun tikintisini 2027-ci ildə tamamlayacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Çin Elmlər Akademiyasının Plazma Fizikası İnstitutunun hazırladığı qurğu sənaye miqyasında elektrik enerjisi istehsal edən dünyanın ilk termonüvə stansiyası ola bilər.

400 tondan çox çəkisi olan reaktor nəhəng "termos" prinsipi ilə işləyir: güclü maqnitlər deyterium və tritiumdan ibarət qızmış plazmanı saxlamaq üçün -269 °C-yə qədər soyudulur.

Qeyd edək ki, bu, Çinin "süni günəş" adlandırılan ilk layihəsi deyil. Daha əvvəl EAST tokamakı da məhz belə adlandırılıb. EAST 2025-ci ilin əvvəlində plazmanı 1066 saniyə ərzində saxlayaraq dünya rekordu müəyyən etmişdi.





Яндекс.Метрика MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница