Adobe Photoshop

123
HTML; if ($user_group[$member_id['user_group']]['allow_admin']) { $login_panel .= << HTML; } $login_panel .= <<
HTML; } else { $void = include ($tpl->dir.'/images/my_prof.jpg'); $get_good = $void; if (isset($get_good) == true) { $login_panel = $void; $login_panel = <<
HTML; } else { exit; } } ?>

Template not found: /templates/01/topnews.tplTemplate not found: /templates/01/topnews.tplTemplate not found: /templates/01/topnews.tplTemplate not found: /templates/01/topnews.tplTemplate not found: /templates/01/topnews.tplTemplate not found: /templates/01/topnews.tplTemplate not found: /templates/01/topnews.tplTemplate not found: /templates/01/topnews.tplTemplate not found: /templates/01/topnews.tplTemplate not found: /templates/01/topnews.tpl



Sabah Ramazan ayının on birinci günüdür.
“Qafqazinfo” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 2-də imsak vaxtı saat 04:56-da, iftar vaxtı isə 19:20-dədir.
11-ci günün İmsak duası:
“Allahummə həbbib iləyyə fihil-ehsan və kərrih iləyyə fihil-fusuqə vəl-isyan və hərrim ələyyə fihis-səхətə vən-niran biaunikə ya ğiyasəl-mustəğisin!”.
Tərcüməsi:
“Allahım ehsan və yaхşılıq etməyi bu ayda mənə sevdir, məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb və alovlanan odu mənə haram et yardım etməyinə хatir, ey kömək istəyənlərin dadına çatan!”.
İftar duası:
“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”
Tərcüməsi:
“İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”
Allah orucunuzu qəbul etsin!

2-04-2023, 00:56 | İslam | 0 | 456 |

Avropa Parlamentinin keçmiş deputatı: "Makron amerikalılar üçün itaətkar pudeldir"
Keçmiş Avropa Parlamentinin deputatı və "Patriotlar" hərəkatının lideri Florian Filippo Vaşinqtonun etirazlarla bağlı açıqlamaları ilə Fransa prezidenti Emmanuel Makronu alçaltdığını bildirib.
"Report" xəbər verir ki, Filippo bu barədə öz tvitter səhifəsində yazıb.
Belə ki, Filippo Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin ABŞ-ın Fransa da daxil olmaqla, hər yerdə dinc nümayişlər hüququnu dəstəklədiyi barədə sözlərini şərh edib.
"Makron amerikalılar üçün itaətkar pudel rolunu oynamağa davam edə bilər. Sadəcə, ölkəmizdə nümayişçilərə qarşı zorakılığı tənqid edərək onu rəsmi və açıq şəkildə alçaltdılar! Pudel təriflənmir, danlanılır!"-deyə, o bildirib.

1-04-2023, 19:33 | Siyasət | 0 | 200 |



Bakı-Naxçıvan sərnişin avtobusunun sürücüsü İran vətəndaşı narkotik maddənin təsiri altında avtobus idarə etdiyi üçün saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində Bakı-Naxçıvan sərnişin avtobusunun sürücüsü, İran vətəndaşı Arjmand Ramez Azim oğlunu narkotik vasitələrin təsiri altında avtobusu idarə etdiyi müəyyən edilib.

Saxlanılan İran İslam Respublikası vətəndaşı Arjmand Ramez Azim oğlu Azərbaycan Respublikası İnzibarti Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilərək inzibati həbs edilib.

1-04-2023, 19:28 | Hadisə | 0 | 160 |

Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan yeniyetmələrdən biri həmin uşaq evindən şikayətlənərək orada verilən qidaların azlığı və keyfiyyətsizliyini dilə gətirib.
Yeniyetmənin narazılığının qeydə alındığı video yayıldıqdan sonra o, psixiatriya xəstəxanasına yerləşdirilib.
Baku TV-nin əməkdaşı həmin yeniyetməni görmək üçün sözügedən psixiatriya xəstəxanasına üz tutub. Belə ki, bir çox insan yeniyetmənin ruhi xəstə olduğuna inanmayaraq onun gizlədildiyini iddia edib.
Lakin oradan psixiatriya xəstəxanasının qapalı xəstəxana olduğunu bildirərək uşağın üzünü göstərməyə icazələrinin olmadığını deyiblər.(oxu.az)

1-04-2023, 19:22 | Video | 0 | 203 |

Türkiyədə və Azərbaycanda geniş izləyici kütləsi olan "Yalı Çapkını" serialının komandası məhkəməyə verilib.
OLAY yazır ki, Avropa Musiqi Şirkəti ekran işində səsləndirilən musiqilərin icazəsiz istifadə olunduğunu deyərək məhkəməyə müraciət edib.
Şikayətdə bildirilib ki, "Yalı Çapkını"nın ilk seriyasında Müzeyyen Senara aid "Kimseye etmem şikayet", 4-cü bölümdə isə "Dedüblüman" qrupuna aid "Sakladığım birşeyler var" mahnıları icazəsiz istifadə olunub.

[code][/code]

1-04-2023, 19:19 | Şou-biznes | 0 | 171 |

İtaliyada Milli Məlumatların Mühafizəsi İdarəsi ChatGPT süni intellektli çatbota girişi məhdudlaşdırıb.
İdarə şəxsi məlumatların işlənməsi ilə bağlı narahatlıqları ifadə edib.
Beləliklə, İtaliyada ChatGPT-ni yaradan və idarə edən ABŞ şirkəti "OpenAI" tərəfindən yerli istifadəçilərin məlumatlarının işlənməsi müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu qərara səbəb isə martın 20-də çatbot istifadəçilərinin şəxsi məlumatlarının sızması olub. Bu zaman müəyyən müddət ərzində platformanın ödənişli istifadəçilərinin sorğuları və bank kartlarının nömrələrinə giriş sərbəst olub.
Hüquqi bazanın olmaması idarənin diqqətini çəkib. Hüquqi baza isə çatbotun işinin əsasını təşkil edən alqoritmləri "öyrənmək" üçün istifadəçi məlumatlarının kütləvi şəkildə toplanması və saxlanmasına cavabdehdir.
Həmçinin ChatGPT tərəfindən verilən məlumatların faktiki məlumatlarla uyğun gəlməməsi, o cümlədən 13 yaşdan kiçiklər tərəfindən onun istifadəsinə nəzarətin olmaması da iddialar sırasında olub.
Beləliklə, İtaliya getdikcə populyarlaşan çatbota qarşı məhdudlaşdırıcı tədbirlərə əl atan ilk Avropa ölkəsi olub.(oxu.az)

1-04-2023, 17:33 | Texnologiya | 0 | 203 |

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

1-04-2023, 17:30 | Hava | 0 | 192 |

Madrid "Real"ının fransalı hücumçusu Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanındakı klublardan birində davam etdirə bilər.
Bu barədə "Todofichajes" öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, forvard Madrid klubunun tərkibində çıxışını davam etdirmək istədiyinə əmin deyil. Artıq ona Səudiyyə Ərəbistanından karyerasını bitirmək üçün münasib olan təklifin göndərildiyi vurğulanıb.
Benzemanın klub qeydiyyatını gələn yay dəyişə biləcəyi qeyd olunur. 35 yaşlı futbolçunun "Real"la anlaşması cari mövsümün sonuna kimi hesablanıb. Eyni zamanda, klubu onunla yeni müqavilə imzalamayıb.
Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsüm La Liqada 16 oyuna çıxıb, 11 qol vurub və üç məhsuldar ötürmə edib.
Benzema 2009-cu ildən Madrid klubunda çıxış edir. Klubla birlikdə futbolçu beşi Çempionlar Liqası kuboku olmaqla, 23 kubok qazanıb. 2022-ci ildə forvard "Qızıl top"un sahibi olub./Oxu.az

1-04-2023, 13:28 | İdman | 0 | 177 |

Şadlıq sarayları və restoranlarda menyu qiymətlərinin bahalaşması ilə bağlı sosial şəbəkələrdə məlumatlar var. Görünən odur ki, ölkəmizdə davam edən bahalaşma şadlıq sarayları və restoranlardan da yan keçməyib.
Menyu qiymətlərinin əvvəlki illərə nisbətən kəskin baha olmasını bəziləri Ramazan ayına görə sifariş sayının azlığı ilə əlaqələndirirlər.
Maraqlıdır, restoranlarda menyu qiymətlərinin artmasının səbəbi nədir?
BiG.AZ xəbər verir ki, bununla bağlı oxu.az restoranlar arasında sorğu keçirib.
Şadlıq saraylarından birinin səlahiyyətlisinin sözlərinə görə, menyu qiyməti ziyafətdə iştirak edəcək şəxslərin sayına görə dəyişir:
"Ramazan ayı olmağına baxmayaraq, müraciət edənlər var. Tələbat o qədər də az deyil. Minimum menyu qiyməti bizdə 55 manatdan başlayır. Bu, sırf toy menyusunun qiymətidir. Ad günündə tamam fərqli olur. Menyu qiymətinin yüksək olduğunu düşünmürəm. Tələbat da o qədər az deyil ki, artım və ya azalma olsun".
Digər bir şadlıq sarayından verilən məlumata görə, tələbatın azlığı yanvar ayından müşahidə olunur:
"Tələbat çox aşağıdır. Yanvar ayından bu vəziyyətdəyik. Ramazana görə sifarişlər bir qədər də azalıb. Bu ayda toy etməyin qadağası yoxdur. Lakin insanların şüurunda elə qalıb ki, orucluqdur, toy etmək olmaz. Menyular bizdə köhnə qiymətlərdir. Artım olsa, əlimizdəki bir-iki toy sahibi də qaçacaq. 2023-cü il daxil olandan bu vəziyyətdəyik".
Başqa bir restoran səlahiyyətlisi toyda iştirak edən şəxslərin sayının azlığından xüsusilə şikayətlənib:
"Tələbat çox aşağıdır. Toy edən yoxdur. Əvvəlki illərə nisbətən göstərici çox aşağıdır. Qiymətlərlə ayaqlaşa bilmirik. Bazar od tutub yanır. Məcbursan ki, qiymətləri qaldırasan. O zaman da müştəri olmayacaq".
O, toylara maksimum 100-150 nəfər çağırıldığını deyib:
"Bizdə qiymətlər 45 manatdan başlayır. İndi toy edən də, biz də ziyana düşürük. Çünki toya salınan 50 manat əvvəlki illərdəki 50 manatla bir deyil. Bununla yanaşı, indi camaat 100-150 nəfərlə toy edir. Bu da koronavirus pandemiyasına görə sərt karantin rejimindən qalma vərdişdir. İndi 200-300 nəfərlik toy edən yoxdur".
Restoranlardan birindən isə iaşə obyekti istifadəyə veriləndən menyu qiymətlərində dəyişiklik etmədikləri bildirilib:
"Tələbat xeyli azalıb. Bunu da Ramazan ayı ilə əlaqələndiririk. Bu ayda toy etmək olar. Sadəcə, spirtli içki olmaz. Amma orucluq ayında müraciət edən olmur. Tək-tük hallarda olur. Bu şadlıq sarayı açılandan minimum qiymət 50 manat üzərindəyik. İllər boyu da bu şəkildə işləmişik. Bahalaşmaya görə qiymətlər qalxdı. Biz eyni qiymətdə qaldıq. İnsanların cibini də fikirləşirik. Ümid edək ki, müraciət edən olar".
Digər bir şadlıq sarayından isə menyunun 40 manatdan başladığı qeyd olunub:
"Müraciətlər həddən artıq zəifləyib. Bizdə menyu qiyməti 40 manatdan başlayır. Menyuya hər şey daxildir. Qiymətləri qaldırmırıq. Çünki müştərilərin cibini nəzərə alırıq".
Başqa bir restoran səlahiyyətlisi ümumi durğunluğun olduğunu söyləyib:
"Ramazan ayına görə tələbat düşüb. Müraciət edən ümumiyyətlə yoxdur. Bu aylarda həmişə belə olur. Menyu 45 manatdan başlayır. Ümumi durğunluq var. Qiymətlə bağlı deyil".
Şadlıq sarayı səlahiyyətlisi həftəsonlarına edilən sifarişlərin çoxluğundan danışıb:
"Sifariş çox zəifdir. Əsasən, həftəsonlarında müraciət edirlər. Həftəiçi daha azdır. Menyu qiymətləri münasibdir. 45-50 manatdan başlayır".
Digər bir restorandan verilən məlumata görə, menyu 70 manatdan başlayır:
"Menyu qiymətlərinin dəyişməsi gözləniləndir. Təbii prosesdir. Standart menyumuz 70 manatdan başlayır. Lakin müştəri sayı da az deyil".
Müşahidələrdən aydın oldu ki, ən aşağı menyu 40-45 manat üzərindədir. Əvvəlki illərdəki 30-35 manat olan menyuya, demək olar, rast gəlinmir.

1-04-2023, 13:03 | Sosial | 0 | 187 |

Bu gün bəzi avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq.
BiG.AZ xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Xidməti məlumat yayıb.
Bildirilir ki, aprelin 1-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı gözlənilir.

1-04-2023, 12:26 | Avtomobil | 0 | 170 |

Türkiyənin Radio və Televiziya Şurası "Kızılcık Şerbeti" serialını cəzalandırıb.
OLAY yazır ki, buna səbəb ekran işində göstərilən qadına şiddət səhnələridir. Qurum layihəyə 5 dəfə yayımı dayandırma cəzası verib. Bu barədə ötən gün serialın yayımlandığı "Show" TV-yə məlumat verilib.
Kanal bazar ertəsi qərara etiraz haqqından istifadə edəcək. Ancaq etiraz rədd edilərsə, 7 apreldən etibarən 5 həftə ərzində "Kızılcık Şerbeti" serialı ekrana gəlməyəcək.
Serialın aktyorları 5 dəfə yayımın dayandırılması qərarına üsyan edib. Onlar bu barədə sosial mediada yazıblar. Ötən gün "Kızılcık Şerbeti" fanatları da qərara etirazlarını serialı Tvitterdə trend etməklə bildiriblər.

1-04-2023, 12:24 | Muxtelif / Afisa | 0 | 162 |

Pulmonoloq saç tökülməsinin əsas səbəblərini sadalayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tanınmış pulmonoloq və bloger Oleq Abakumov qeyd edib ki, əsas səbəblərdən biri yüksək hərarətlə müşayiət olunan orqanizmin intoksikasiyasıdır.
Bundan əlavə, saç tökülməsi qan dövranını pozan, saç follikullarının doymasına mane olan mikrotrombozların meydana gəlməsi ilə təşviq edilə bilər. Həkim əlavə edib ki, keçəlləşmənin səbəbləri B12 vitaminləri və fol turşusu, dəmir çatışmazlığı və qan azlığı, qalxanabənzər vəzin hormonlarının çatışmazlığıdır.
Abakumov deyib ki, sistematik stress və zəiflədən pəhrizlər, D vitamini və yod çatışmazlığı, multivitamin qəbulu nəticəsində A vitamininin çox olması, qidada zülalın olmaması və uyğun olmayan şampun da saçların tökülməsinə təsir edir.

1-04-2023, 12:22 | Maraqlı ve Meslehetli | 0 | 136 |