Xəbər verdiyimiz kimi, "Ailə" serialında Kıvanç Tatlıtuğla Serenay Sarıkayanın öpüşmə səhnələrinin aktyorun ailəsində problemə səbəb olduğu iddia edilib.
Axşam.az xəbər verir ki, məsələ ilə bağlı Kıvanç açıqlama verərək bunu şayiə adlandırıb.
"Evdə də, çəkiliş meydançasında da hər şey yaxşıdır. Hər layihədə təkrarlanan bu saxta xəbərləri ciddiyə belə almırıq" deyə, aktyor bildirib.
Qeyd edək ki, Kıvanç Başak Dizerlə evlidir. O, ekran işində aktyorların stilisti kimi çalışır. İddialara görə, layihədəki səhnələri qısqanan Başak Kıvançdan boşanma qərarı alıb.

Опубликовано 4-04-2023, 16:57 | В Şou-biznes | Комментариев 0 | Просмотров 231 | В избранное

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

Опубликовано 4-04-2023, 16:56 | В Hava | Комментариев 0 | Просмотров 249 | В избранное

"Valideynlər ən çox dərmanların nizamlı şəkildə qəbul olunmasına nəzarət etməlidirlər. Tutmaların səbəblərdən biri məhz dərmanın buraxılması və ya özbaşına dayandırılmasıdır".
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Kamran Salayev deyib.
O bildirib ki, digər vacib amil yuxudur: "Uşaq yetərli qədər yuxu almalıdır, yuxu rejiminə ciddi nəzarət olunmalıdır. Yuxusuz qalan epilepsiya xəstələrində tutma ehtimalı yüksəlir. Televizor, telefon və digər vasitələrdən istifadə nəzarət altında olmalıdır".
K.Salayev vurğulayıb ki, uşaqlarda qıcolmaların və ya epilepsiyaların səbəbi müxtəlifdir: "Bunlara genetik səbəblər, baş zədələri, beyin və onun örtüklərinin infeksiyaları, beyinə oksigen çatışmazlığı və digər səbəblər aiddir. Səbəbi tapmaq üçün epilepsiyanın sidromunu müəyyən etmək və neyroradioloji müayinənin nəticələri vacibdir.
Bir çox uşaqlıq dövrə aid olan epilepsiya sindromları xoşxassəli xarakter daşıyır, yəni onlar yetkinlik yaşına qədər davam etmir, uşağın inkişafı və intellekti adətən normal olur. Bu sindromların səbəbi genetik amillərə bağlıdır".
"Tutmaların proqnozu yalnız qismən onların səbəbindən asılıdır. Məsələn, iki uşaq eyni bakteriyaya yoluxa bilər və hər ikisində menengit, beyin və onurğa beynini əhatə edən qışanın infeksiyası var. Bir uşaq ağır epilepsiya ilə qalır, digər uşaq isə heç vaxt qıcolma keçirmir. Fərqli nəticələri necə izah etmək olar? Bu tam aydın deyil. Burda genetik (irsi) amillər və infeksiyanın xüsusiyyətləri rol oynaya bilər.
Epileptik tutma hər bir insanda baş verə bilər. Lakin nəticə etibarı ilə kimdə epilepsiya yaranacaq, kimdə yaranmayacaq, bir çox məlum və hələ də məlum olmayan amillərin bir-birinə təsir etməsindən asılıdır", -nevroloq əlavə edib.

Опубликовано 3-04-2023, 19:51 | В Sağlam ol | Комментариев 0 | Просмотров 301 | В избранное

Xəbər verdiyimiz kimi, "RTÜK" (Türkiyədə Radio və Televiziya Ali Şurası) "Show TV"də yayımlanan "Kızılcık şerbeti" serialı ilə bağlı yayımını əngəlləyən qərar qəbul edib.
Axşam.az xəbər verir ki, qərara etiraz edən telekanal məhkəməyə müraciət edərək qərarın ləğvini istəyib.
Qeyd edək ki, qurum serialın 5 həftə yayımını əngəlləyib və 1,5 milyon lirə məbləğində cərimə olunub. Qərara ekran işinin heyəti ilə yanaşı bir çox məşhur sima etiraz edib.

Опубликовано 3-04-2023, 19:49 | В Sosial | Комментариев 0 | Просмотров 290 | В избранное

Axşam.az iftar süfrəsi üçün fərqli reseptlər təqdim edir:
Beyti kabab
Ərzaq:
2 ədəd lavaş hazırlayacağınız qədər xəmir
Köftə üçün:
400 qr. qiymə
1 ədəd yumurta
1 diş sarımsaq
1 ədəd soğan
1/2 stəkan bardağı suxarı unu
1/2 çay qaşığı qara istiot, duz zövqə görə
2-3 xörək qaşığı kərə yağı
Sous üçün:
1 stəkan pomidor rəndəsi
1 xörək qaşığı kərə yağı
1 çimdik duz və istiot
Hazırlanması:
Soğan, yumurta və sarımsağı blenderdən keçirin. Bir qaba qiyməni, suxarı ununu, istiot, duz və blenderdən keçirdiyiniz qarışığı töküb yoğurun. Sobaya qoyacağınız qabın içinə yağlı kağız sərin. Uzun köftələr hazırlayaraq tavaya düzün. 190 dərəcə isidilmiş sobada üzəri qızarana qədər bişirin. Xəmiri götürüb lavaşı açın, üstünə yağ sürtün. Bişmiş köftələri üzərinə düzün. Rulet şəklində büküb, doğrayın. Üstünə kərə yağı sürtüb, sobaya qoyun. Kənarda sousu hazırlayın. kərə yağını bir qabda əridin, üzərinə pomidor rəndəsini tökün. Qaynayandan sonra duz və istiot tökün. Qızaran beytiləri sobadan çıxarıb boşqaba qoyub, üzərinə sousu tökün və qatıqla birlikdə süfrəyə verin.
Yayla şorbası
Ərzaqlar:
Düyü - 1 stəkan
Qatıq - 1 fincan
Süd - 1 fincan
Un - 2,5 x/q.
Yumurta - 1 ədəd
Nanə
Ət bulyonu - 5 stəkan
Duz zövqə görə
Hazırlanması:
Düyünü suda bişirin. Tavaya ət suyunu və bişmiş düyünü əlavə edib, vam odda qaynadın. Kənarda qatıq, süd, un və yumurtanı qarışdırın. İçərisinə qaynayan ət suyundan bir az əlavə edib, tavaya yavaş-yavaş tökün. Qatı hala gələnə qədər vam odda saxlayın (qarışdırmağa davam edin). Digər bir tavada yağı əridib, üzərinə nanə tökün. Şorbanı süfrəyə verərkən üzərinə nanəli sousdan əlavə edin.
Sultan bükməsi
Ərzaq:
1 stəkan şəkər tozu
1,5 stəkan un
3 yemək qaşığı kakao
1 litr süd
1 yemək qaşığı kərə yağı
1 paket vanilin
1,5 stəkan hind qozu rəndəsi
2 paket krem şanti (toz halında satılan şantini 1 stəkan süd ilə qarışdırın)
Hazırlanması:
Bir qabda un, şəkər tozu və kakaonu qarışdırın. Üzərinə süd əlavə edib, qarışdıra-qarışdıra vam odda bişirin. Qatılaşan məhlulun üstünə kərə yağını əlavə edin. Üzərinə vanilin töküb qarışdırıb və ocaqdan götürün. Sobaya qoyacağınız qaba hind qozunu səpin. Qatı xəmiri üstünə yayın. 1 gün soyuducuda saxlayın. Üzərinə krem şantini sürtüb kəsib, rulet formasında bükün. Üzərinə istəyə görə qoz, fındıq əzməsi səpin.

Опубликовано 3-04-2023, 19:48 | В Kulinariya | Комментариев 0 | Просмотров 283 | В избранное

Ötən gün Tərtər rayonunun azad olunmuş hissəsində minaya düşərək şəhid olan Novruz Niftəliyev idmançı olub.
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü şəhid "Qəbələ" İdman Klubunun cüdoçusu imiş.
O, bir çox turnirlərdə mübarizə aparıb və medallar qazanıb.

Опубликовано 3-04-2023, 19:46 | В Xeberler | Комментариев 0 | Просмотров 242 | В избранное

Nanə qan damarlarını genişləndirir, qan dövranını yaxşılaşdırır və şəkər səviyyəsini sabitləşdirir.
"Medicina" xəbər verir ki, onun tərkibində B, C və A vitaminləri, dəmir, kalsium, manqan və sink, eləcə də bir çox digər iz elementləri var.
Nanə çayı bədəni təravətləndirəcək, sinir sistemini sakitləşdirəcək, qan təzyiqini, psixoloji fonu normallaşdıracaq, yuxunu yaxşılaşdıracaq və ürək-damar sistemini gücləndirəcəkdir.
Bu içkinin başqa bir üstünlüyü antiseptik və sidikqovucu təsiridir. Yuxudan sonra şişkinlik və şişkinliklə mübarizə aparmağa kömək edəcək.
Tədqiqatlar göstərib ki, nanə buxarı sinir uclarına dəyən kimi, qan dövranı ilə yanaşı, ürək döyüntülərində demək olar ki, ani artım olur.
Artan qan dövranının stimullaşdırıcı təsiri orqanizmin orqanlarının oksigenlə doymasına, maddələr mübadiləsinin artmasına, həmçinin beynin oksigenləşməsinə kömək edir. Bu koqnitiv performansın yaxşılaşmasına, həmçinin Alzheimer və demans kimi neyrodegenerativ xəstəliklərdən qorunmağa səbəb ola bilər.
Bundan əlavə, qan dövranının artması diabet xəstələrinin qlükoza balansının pozulması səbəbindən yaşadıqları ağırlaşmaların qarşısını ala bilər.
Nanə həmçinin qan damarlarını təmizləyən və genişləndirən və ürək əzələsini stimullaşdıran antioksidanları istehlak edir. Buna görə hipertoniya, aritmiya, infarkt və angina pektorisinin müalicəsində kömək edəcək.
Qan təzyiqini normallaşdıran, yuxunu yaxşılaşdıran və ürək-damar sistemini gücləndirən nanə çayı reseptini təqdim edirik.
İçki hazırlamaq üçün təxminən 2 çay qaşığı əzilmiş nanə yarpağı üzərinə bir stəkan qaynar su tökmək və qısa vaxtda dəmləmək lazımdır.
Hər gün səhər yeməyindən bir saat sonra bir içkini içmək orqanizmə fayda verəcəkdir.
Belə bir içki içdikdən bir ay sonra təsir incə qırışların hamarlanması, dəridəki yağlılığın aradan qaldırılması, həmçinin saçın strukturunun möhkəmlənməsi olacaq.
Hər gün bir nanə içkisi için və özünüz hər səhər nə qədər şən və sağlam olduğunuzu görəcəksiniz.

Опубликовано 3-04-2023, 19:45 | В Maraqlı ve Meslehetli | Комментариев 0 | Просмотров 166 | В избранное

“İran da Rusiya kimi Ermənistanla Azərbaycanı toqquşdurmaq istəyir”.

Bu fikri İranla Azərbaycan arasındakı gərginlik, rəsmi Tehranın Azərbaycana nota verməsi və bunun səbəblərinə toxunan sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında səsləndirib.

Опубликовано 3-04-2023, 19:43 | В Siyasət | Комментариев 0 | Просмотров 189 | В избранное

Türkiyənin yerli və milli avtomobili TOGG sabah Prezident İlham Əliyevə təqdim ediləcək.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, TOGG-u alan ikinci şəxs Azərbaycan Prezidenti olacaq.
Məlumatda qeyd olunub ki, avtomobil İlham Əliyevə sabah Bakıda keçiriləcək mərasimdə təqdim ediləcək.
Avtomobilin açarlarını Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ölkə başçısına verəcək.
Qeyd edək ki, TOGG-u ilk alan şəxs Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub.

Опубликовано 3-04-2023, 19:42 | В Siyasət | Комментариев 0 | Просмотров 200 | В избранное

Son günlərdə müəyyən sosial şəbəkələrdə müxtəlif istifadəçilər tərəfindən “bank sisteminin çökməsi”, “əmanətlərin dondurulması”, “kart və hesablarda olan pulları nağd etmək tövsiyə edilir” başlıqları altında həqiqəti əks etdirməyən və əsası olmayan paylaşımlar yer almaqdadır.

Azərbaycan Banklar Assosiasiyasından Yenicag.az-a daxil olan məlumata görə, bu məlumatlar tamamilə yanlışdır və təxribat xarakteri daşıyır: “Bildirmək istəyirik ki, 2022-ci ilin nəticələri bank sistemi, o cümlədən rəqəmsal ödənişlər üzrə uğurlu olub. Bank sektorunda müşahidə olunan inkişaf tendensiyası hazırkı dövrdə də yüksələn trayektoriya ilə davam edir və bank sistemi bu inkişaf fonunda öz dayanıqlılığını qorumaqdadır.
Cari ilin fevral ayının sonuna Azərbaycan bank sektorunun aktivlərinin həcmi 45.7 mlrd. manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18.8% çoxdur. Hesabat dövründə bankların kredit portfelinin həcmi isə ötən ilin fevralına nəzərən 15.4%, ilin əvvəlinə nəzərən isə 163 mln. manat artaraq, 19.8 mlrd. manata yüksəlib. Banklara inam göstəricisi kimi göstərilən əhalinin banklardakı əmanətlərinin həcmi isə 11.7 mlrd. manata yüksəlib ki, bu da illik 18.1%, ilin əvvəlinə nəzərən isə 1.5%-lik artımın olduğunu göstərir”.
Qurumdan bildirilib ki, cari ilin fevral ayında dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 18.4% artaraq, 13 mln. 654 min ədəd təşkil edib. Ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız əməliyyatların həcmi isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə artıb və 2877 mln. manat olub.
Azərbaycan Banklar Assosiasiyası ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamaq, həmçinin bu kimi təxribat xarakterli hallara qarşı ehtiyatlı olmağla bağlı çağırış edib.

Опубликовано 3-04-2023, 19:40 | В Sosial | Комментариев 0 | Просмотров 192 | В избранное

Azərbaycanda siqaretlərin qiyməti bahalaşıb.
BiG.AZ "Trend"ə istinadən xəbər verir ki, bir çox mağaza və supermarketlər siqaretlərin qiymətini artırıb.
Satıcılar bildirib ki, bu gün səhərdən markasından asılı olmayaraq bütün siqaretlər 10 qəpik, bəzi siqaretlər isə 20 qəpik bahalaşıb.
Məlumatlara əsasən, "Kent-4" 10 qəpik bahalaşaraq 3.80-dən 3.90-a, "Winston" 3.70-dən 3.80, "Pall Mall" 2.70-dən 2.80 qəpiyə qalxıb.

Опубликовано 3-04-2023, 15:48 | В İqtisadiyyat | Комментариев 0 | Просмотров 185 | В избранное


Nyu-Yorkda qəribə şam yeməyi baş tutub.
OLAY yazır ki, qəribəlik isə burasındadır ki, gecədə iştirak edənlər çılpaq olub.
Belə ki, yalnız xanımların qatıldığı bu şam yeməyinə paltarla giriş qadağan edilib.
Menyuda isə yanlız veqan yeməkləri verilib. Sözügedən məkana girmək üçün isə insanlar 88 dollar, təxmini 150 manat ödəniş edib.
Bəziləri öz bədənlərinə daha çox bağlılıq hiss etmək, bəziləri isə maneəsiz dostlar qazanmaq məqsədilə yeməkdə yer alıb.






Опубликовано 3-04-2023, 15:47 | В Qadın dünyası / 18+ | Комментариев 0 | Просмотров 219 | В избранное