Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi qaydası dəyişir.
Modern.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Ailə Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
Hazırda isə adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır.
Adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Опубликовано 7-04-2023, 18:31 | В Sosial | Комментариев 0 | Просмотров 197 | В избранное

Təminatlı insanlar artıq Londonda deyil, Dubayda əmlak almağa üstünlük verirlər.


Bu barədə "Bloomberg" Britaniya paytaxtındakı daşınmaz əmlak agentliklərindən birinin rəhbərinə istinadən yazır.


Rieltor müştərilərdən biri, adı açıqlanmayan milyarderlə söhbətinin təfərrüatını açıqlayıb. Onun sözlərinə görə, müştərisi Belqraviyada (Londonun tarixi mərkəzindəki ərazi) penthaus satır.


"Londonla işimiz bitdi", - deyə milyarder ona bildirib.


Penthausun qiyməti 20 milyon funt-sterlinqi keçir, lakin satıcı xaricə tez getmək və vergilərə qənaət etmək üçün endirim etməyə hazırdır.


Agent izah edib ki, bu müştərisinin seçimi də Dubayın üzərinə düşüb.


Britaniya qanunlarına görə, vətəndaşın xaricdə daimi yaşayış yeri varsa, xaricdəki gəlirinə görə vergi ödəməyə bilər.


Məqalədə qeyd olunub ki, varlı müştərilər üçün digər cəlbedici şəhər və ölkələr arasında Türkiyə, Sinqapur, Honkonq, Monako, İsveçrə və İtaliya da var. (Oxu.az)

Опубликовано 7-04-2023, 18:29 | В Həyat tərzi | Комментариев 0 | Просмотров 209 | В избранное

Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri də 3 saylı uşaq evində baş verən olaylardır. 73 yaşlı direktor Məhbubə Hüseynovanın ölçüyə və əndazəyə sığmayan əməlləri ictimaiyyətin sərt qınağına tuş gəlib.
Halbuki, direktorun uşaq evinin sakini M.H. ilə aralarında baş verən insident ilk hadisə deyil.
73 yaşlı Məhbubə Hüseynovanın qanunsuz əməlləri ilə bağlı Bizim.Media hələ ötən il həyəcan siqnalı verib, onun törətdiyi əməllərlə bağlı foto-videofaktları ictimaiyyətə təqdim edib.
Hələ 2022-ci ilin 16-17 iyul 2022-ci il tarixlərində saytda dərc olunan yazılarda uşaq evində baş verən qanunsuzluqlar və özbaşınalıqlar barədə faktların dili ilə ətraflı söhbət açılmışdı.
Lakin bütün səsləndirilən faktlara rəğmən, 73 yaşlı direktor barədə ciddi cəza tədbirləri görülmədi. Nəticədə isə ötən həftə uşaq evində daha bir özbaşınalığa ölkə şahidlik etdi. 17 yaşlı oğlanı davranış pozuntusu səbəbilə psixiatriya xəstəxanasına yerləşdirən direktor etdiyi hərəkətlərdən vicdan əzabı çəkmək əvəzinə mətbuata bəyan etdi ki, "M.H. psixi xəstədir, onun burada yeri yoxdur".
Halbuki, M.H.-nin yerləşdirildiyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov müayinədən sonra bildirdi ki, M.H.-nin heç bir psixi pozğunluğu yoxdur.
Bu açıqlama Əməkdar həkimə çox baha başa gəldi. Bu çıxışın ertəsi günü səhiyyə nazirinin əmri ilə Ağahəsən Rəsulov vəzifəsindən azad edildi. Baş həkimin fikirlərinə görə yox, yaş həddinə görə işdən çıxarıldığı deyilsə də, bu, əksəriyyətə inandırıcı gəlmədi.
Çünki həqiqətən də, pensiya yaşına görə işdən çıxarılırsa, onda 73 yaşlı Məhbubə Hüseynova niyə toxunulmaz qalır?
Doğrudur, ötən gün "olmaz" deyən Məhbubə Hüseynova bəzi olacaqlarla razılaşdı. M.H. yenidən məktəbə qayıtdı. Direktor hətta bu "psix" uşaqla kameralar qarşısında çox mehriban pozalar da verdi. Amma hələ ki 3 saylı uşaq evində dəyişən bir şey yoxdur.
Amma deyəsən, yaxın günlərdə nələrsə dəyişəcək...
Belə ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirilib ki, baş vermiş son olaydan sonra uşaq evində müvafiq qurumların iştirakı ilə komissiya işə başlayıb. Komissiya uşaq evinin bütün fəaliyyət istiqamətlərini araşdırır. Araşdırmanın nəticələri isə yaxın 10 gündə ictimaiyyətə açıqlanacaq.
İdarənin verdiyi açıqlamadan aydın olur ki, 73 yaşlı Məhbubə Hüseynovanın taleyinə də bu ayın sonuna qədər aydınlıq gətiriləcək./oxu.az

Опубликовано 7-04-2023, 18:29 | В Xeberler | Комментариев 0 | Просмотров 186 | В избранное

Qurman.az iftar süfrəsi üçün reseptlər təqdim edir:
Brokoli şorbası
Ərzaq:
500 qram brokoli
7 stəkan su
1 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı un
1,5 çay qaşığı duz
1/2 çay qaşığı qara bibər
Hazırlanması:
Brokolini kiçik hissələrə bölüb qaynadın. Qaynadıqdan sonra brokkoliləri çıxarıb suyunu kənara qoyun. Zeytun və kərə yağı qızdırıb üzərinə unu əlavə edib qoxusu gələnə və açıq rəng alana qədər qovurun. Brokolininin suyunu qovrulmuş unun içinə az-az əlavə edərək qarışdırın. Unun topa-topa olmaması üçün dayanmadan qarışdırmaq lazımdır. Bu şəkildə 2-3 dəqiqə qaynadıqdan sonra əvvəlcədən bişirdiyiniz brokolini içinə əlavə edin. Şorbanı blenderindən keçirib üzərinə sonda duz, qara bibər əlavə edib qarışdırın.
Sultan kababı
Ərzaq:
İçlik (ət) üçün:
250 qram qiymə ət
1 soğan
1 xörək qaşığı tomat
3 xörək qaşığı yağ
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
Tərəvəz hissəsi üçün:
2 kartof
1 bolqar bibəri
2 yaşıl bibər
1 stəkan noxud
Sousu üçün:
2 qaşıq kərə yağı
2 xörək qaşığı un
3,5 - 4 stəkan süd
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
Bükmək üçün:
3 yayma
Üzəri üçün:
100 qram sürtgəcdən keçirilmiş pendir
Hazırlanmas:
Əti bişirin. Suyu çəkildikdən sonra yağ, doğranmış soğan və tomat əlavə edib qovurun. Üzərinə su əlavə edib bişməyə buraxın. Bunun üçün yarım saat kifayətdir. Ət bişərkən tərəvəzləri kvadrat formasında doğrayın və çox az yağla bişirin. Bişmiş ət və tərəvəzləri birləşdirib, qarışdırın.
Yaymanı kiçik bir qabın içində kənarları qalacaq çəkildə açın. İçliyi yaymanın ortasına qoyub yaymanın kənarlarını kip formada bağlayın.
Sousu üçün kərə yağı ilə unu qoxusu çıxana qədər qovurun və az-az süd əlavə edib qarışdırın. Ədviyyat əlavə edin. Qarışımı xəmirlərin üzərinə bir qaşıq olmaqla əlavə edin. Üzərinə sürtgəcdən keçirmiş pendir qoyub 180 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirin.
Fincan şirniyyatı
Ərzaq:
1 litr süd
2 qəhvə fincanı un
1 xörək qaşığı marqarin
2 yarım qəhvə fincanı şəkər
1 paket vanil
1 stəkan rəndələnmiş kokos
Üzəri üçün:
6 çiyələk (istəyə görə banan)
Hazırlanması:
Süd, un və şəkəri qatılaşana qədər çırparaq qarışdırın. Krem qatılaşıb qaynamağa başlayanda marqarin və vanilini əlavə edib yenidən qarışdırın. Qarışımı qəhvə fincanına 2 barmaq boşluq qoyaraq tökün. Qarışım otaq temperaturuna düşdükdən sonra ən azı 4 saat soyuducuda soyumağa qoyun.
Şirniyyatı fincandan çıxarıb üzərinə kakos səpin. Sonda üzərinə sevdiyiniz meyvə dilimləri qoyun.

Опубликовано 7-04-2023, 18:27 | В Kulinariya | Комментариев 0 | Просмотров 155 | В избранное

Özbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır.
Modern.az-ın xəbərinə görə, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Hazırda qüvvədə olan qanuna görə, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmimin manatdan iyirmi beş min manatadək məbləğdə cərimə ediləcək.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 395.1-2-ci maddəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Şəhərsalma və Tikinti Məcəlləsinin məlumatlandırma icraatı olmadan tikinti obyektlərinin tikintisinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 25 min manatadək məbləğdə cərimə ediləcək. Nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyət bu maddə qüvvəyə mindikdən sonra tikintisinə başlanmış tikinti obyektlərinə münasibətdə yaranacaq.
Qeyd edək ki, məlumatlandırma icraatı tələb olunan tikinti obyektləri sırasına Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü "0" səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evləri də daxildir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Опубликовано 7-04-2023, 18:25 | В Muxtelif / Afisa | Комментариев 0 | Просмотров 155 | В избранное

Aprelin 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometrologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, sabah havanın Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Cənub-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-19° isti, atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.

Опубликовано 7-04-2023, 18:24 | В Hava | Комментариев 0 | Просмотров 162 | В избранное

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına yeni direktor təyin olunub.
BiG.AZ xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki,teatrın direktor vəzifəsinə Yusif Eyvazov təyin olunub.
Bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Y.Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.

Опубликовано 7-04-2023, 18:23 | В Şou-biznes | Комментариев 0 | Просмотров 149 | В избранное

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov səhiyyə naziri Teymur Musayevin əmri ilə işdən azad olunub.  
A.Rəsulovun Əmək Məcəlləsinə əsasən, yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunduğu deyilir.  
Amma burada digər maraqlı məqam da var. Bildiyimiz kimi, Xətai rayonundakı 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. 
Lakin baş həkim Ağahəsən Rəsulov uşaqda psixi pozğunluğun olmadığını bildirib. Bundan bir gün sonra isə o, nazirin əmri ilə vəzifəsindən azad edilib.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Ağahəsən Rəsulov vəzifədən azad olunduğunu təsdiqləyib:
“Səbəbini yaxşı olar ki, Səhiyyə Nazirliyindən soruşun. Bu barədə mən danışmaq istəmirəm”.
Vəzifədən azad olmasının uşaq evindən şikayət edən yeniyetmə ilə bağlı səsləndirdiyi fikirlə əlaqəli olması sualına isə Ağahəsən Rəsulov belə cavab verib: 
“Mən uşaq haqqında nə demişəmsə, düz demişəm. Burada nə var ki, onun haqqında dediklərimi yenə də təkrarlaya bilərəm”. (musavat.com)

Опубликовано 5-04-2023, 17:36 | В Sosial | Комментариев 0 | Просмотров 229 | В избранное


"Togg" Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Опубликовано 4-04-2023, 17:18 | В Xeberler | Комментариев 0 | Просмотров 269 | В избранное

Sonuncu dəfə "Yeni gelin" serialının aktrisası Esin Gündoğdu arıqlaması ilə gündəmdədir.
OLAY yazır ki, itirdiyi 72 kiloqram çəki ilə görüntüsündə radikal dəyişiklik olan sənətçi yeni eşqə də başlayıb.
O bu barədə sosial media hesabında məlumat verib. Sevgilisi Gökhan Ülgerlə fotolarını bölüşən aktrisanın paylaşımı qısa müddətdə "like" yağışına tutulub.
Qeyd edək ki, aktrisa hazırda "Tozkoparan İskender" serialında "Saniye" obrazına həyat verir.

Опубликовано 4-04-2023, 17:02 | В Şou-biznes | Комментариев 0 | Просмотров 229 | В избранное

"Moana" animasiya filminin yeni tizeri izləyicilərə təqdim edilib.
OLAY yazır ki, bu barədə ilk olaraq aktyor Dueyn Conson tviter hesabında açıqlama verib:
"Elan edirəm ki, biz "Moana"nın hekayəsini yenidən böyük ekrana gətiririk. Musiqi və rəqsi birləşdirən bu film üçün çox darıxmışdım. Disney-lə təkrar əməkdaşlığımızdan qürur duyuram".
Qeyd edək ki, 2016-cı ilin ən çox sevilən animasiya filmləri arasında yer alan "Moana 2" filmi haqqında ilk qısa video da, yayımlanıb.
Sözügedən görüntünü animasiyanın bəstəkarı Lin-Manuel Miranda "twitter" hesabında paylaşıb.
Qeyd edək ki, film noyabrın 23-də ABŞ-da nümayiş etdiriləcək.

Опубликовано 4-04-2023, 17:00 | В Muxtelif / Afisa | Комментариев 0 | Просмотров 269 | В избранное

Sabah meteohəssas insanlarda diskomfort yarana bilər.
Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən xəbər görə, aprelin 5-də Abşeron yarımadasında gündüz mülayim gilavar küləyinin əsəcəyi gözlənilir.
Məlumatda qeyd edilib ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Опубликовано 4-04-2023, 16:59 | В Hava | Комментариев 0 | Просмотров 269 | В избранное