16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Soyuqdəymə zamanı qızdırma 3-4 gündən çox düşmürsə... TƏHLÜKƏLİ SƏBƏB

Soyuqdəymə zamanı qızdırma 3-4 gündən çox düşmürsə... TƏHLÜKƏLİ SƏBƏB
Soyuqdəymənin əsas və ilk simptomlarından biri qızdırmadır. Soyuqdəymə zamanı qızdırma qoruyucu funksiyanı yerinə yetirir, sağalmanı tezləşdirir.
Saglamolun.az bildirir ki, qızdırma qalxanda immun sistemi daha fəal işləyir və viruslarla daha effektli şəkildə mübarizə aparır. 38-38,5 C qızdırmada virus əleyhinə anticismlərin istehsalı sürəti ən pik səviyyədə olur.
Digər tərəfdən soyuqdəyməyə səbəb olan virusların çoxalması prosesi yuksək qızıdırma zamanı zəifləyir, onlar daha tez məhv olur. Beləliklə, qızdırmadan qorxmaq lazım deyil. Qızdırmanı yalnız 38,5 C-dən yuxarı qalxanda salmaq lazımdır.
Soyuqdəymə zamanı qızdırma adətən 3-4 gündən çox qalxmır. Əgər qızdırma 3-4 gündən çox qalxırsa, mütləq həkimə müraciət etmək lazımdır. Bu orqanizmdə bakterial infeksiyanın inkişafına işarə edə bilər. Belə infeksiyalar təhlükəlidir və insanın sağlamlığına və hətta həyatınana ciddi təhlükə yarada bilər. Bu xüsusilə pnevmoniyaya (ağciyərlərin iltihabı) aiddir.
Həmçinin soyuqdəymə zamanı qızdırma normaya düşüb, lakin bir neçə gündən sonra yenidən qalxmağa başlayıba, bu da təhlükəli simptomdur. Bu simptom da pnevmoniyanın inkişafına işarə edə bilər.
Bakterial infeksiyalar antibiotiklərin köməyi ilə müalicə olunur. Antibiotikləri yalnız həkim müayinə və lazım olan anlizlərdən sonra təyin etməlidir.
Yüksək qızdırma fonunda xəstədə güclü zəifləmə və halsızlıq, nəfəsalmanın çətinləşməsi, şüurun pozulması, bayılma, qıcolmalar kimi simptomlar inkişaf etdikdə vaxt itirmədən "təcili yardım" çağırın!


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница