16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Suçiçəyi xəstəliyi niyə böyüklər üçün təhlükəlidir?

Suçiçəyi xəstəliyi niyə böyüklər üçün təhlükəlidir?
Dünyada ən təhlükəli yoluxucu xəstəliklərdən biri də suçiçəyidir. O, hava-damcı yolu ilə keçir.
Əsasən uşaq infeksion xəstəliklərinə daxildir, uşaqlıqda onu keçirməyən yoxdur. Lakin böyüklər də bu virusa yoluxa bilər.
BiG.AZ medicina.az-a istinadla xəbər verir ki, həkimlər böyük insanlarda suçiçəyinin gedişatı və fəsadları barədə xəbərdarlıq edib.
Kimlər böyük yaşda suçiçəyinə yoluxa bilər?
Bu adətən uşaqlıqda bu xəstəliyi keçirməyənlər, eləcə də uşaqlıqda suçiçəyi peyvəndi olunmayanlar.
Yaş artdıqca, xəstəlik daha ağır intoksikasiya sindromla keçir.
Böyük insanda güclü əzələ ağrıları, zəiflik, titrətmə, davamlı qızdırma, ağırlaşmalar- meningit, miozit, böyrək, ürək zədələnmələri ola bilər.
Daha yaşlı və xroniki xəstəliyi olanlar suçiçəçiyini çox ağır keçirir.
Böyüklər xəstəliyə az yoluxsalar da, ölüm olmasa da, hər halda uşaqlara nisbətən ağırlaşması daha çoxdur.
Suçiçəyinə 2 dəfə yoluxmaq mümkündürmü?
Hər şey ola bilər. Heç kim suçiçəyinə 100% ikinci dəfə yoluxmurlar deyə bilməz.
İstənilən virus xəstəliyindən sonra ona qarşı anticimlər hasil olur və suçiçəyinin antitelləri insanı kifayət qədər qoruyur. Lakin yenə də təkrari yoluxma ola bilər. 20% insanda isə antitel yaranmır.
Suçiçəyini törədən virus təhlükəli kəmərvari dəmrov – herpes xəstəliyini də yarada bilər.
Vaksin olunmaq bu virusa yoluxmaqdan qoruyan yeganə etibarlı yoldur. Uşaqlarda bu vaksin 1yaşından vurulur.
Əgər böyük adam risk qrupundadırsa, heç vaxt suçiçəyi keçirməyibsə, o da vaksin olunmalıdır.
Uşaq bağçaları tərbiyəçiləri, müəllimlər, uşaq həkimləri, dayələr risk altındadır. Eləcə də hamiləliyi planlaşdıranlar, əgər bu peyvəndi vurdurmayıblarsa, olunsalar məsləhətdir.


  1. StevenLoorb
    StevenLoorb 25 oktyabr 2024 16:52
Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница