"Yoluxmaların artması gözlənilən idi, KARANTİN rejimi..." - Baş həkim

"Yoluxmaların artması gözlənilən idi, KARANTİN rejimi..." - Baş həkim
Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Ölkəmizdə gündəlik yoluxma sayı yenidən 400-ü keçib. Yoluxmaların artması karantin rejiminin növbəti dəfə sərtləşdirilməsi məsələsini aktuallaşdırıb.


26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Tərlan Bəbirov azvision.az-a açıqlamasında bildirib ki, ölkədə karantin rejiminin sərtləşdirilməsini, qapanmaların olmamasını istəyiriksə, mütləq hamı vaksinasiyadan keçməlidir.


"Qadağaların tətbiq edilməməsi üçün hamı peyvənd olunmalıdır. Bu, gələcəkdə problemlərin olmaması, ağır xəstələrin, ölüm hallarının çoxalmaması üçün vacibdir. Vaksinasiya ilə bağlı şayiələr gəzir. Lakin bunlar hamısı yalandır, inanmaq lazım deyil".


T.Bəbirovun sözlərinə görə, mağaza, restoran və məktəblərin açılması səbəbindən yoluxmaların artması gözlənilən idi:


"Vaksinasiya işi sürətlə getməlidir ki, insanlar yoluxmasın. Son günlər artımın olması təbiidir. Lakin biz vaksinasiya ilə bunu önləməliyik. Gecikmək olmaz. Əhali arasında maarifləndirmə vacibdir. Bizim həkimlər maarifləndirmə aparır, amma bu iş daha da sürətlənməlidir".


Xəstəxanada peyvənd mərkəzlərinin bayram günləri də açıq olacağını deyən baş həkim hər kəsi vaksinasiyaya dəvət edib:


"Bizim xəstəxanada bu günə qədər 1000-ə yaxın şəxs vaksinasiya olunub. Bura tibb işçiləri, 50 və 65 yaşdan yuxarı şəxslərin vaksinasiyası daxildir. Müraciət edənlər çoxdur və hamını peyvənd etməyə çalışırıq".
Xeberler
"Donuz qripi"ndən 11 nəfər öldü

"Donuz qripi"ndən 11 nəfər öldü...

Xeberler
Rövşən Lənkəranski məşhur avtoritetləri İstanbula topladı

Rövşən Lənkəranski məşhur...

Xeberler
Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub

Azərbaycan Prezidentinin fərmanı...

Xeberler
Ad günündən özünü asan məmur haqqında ilginc məlumatlar - Ailəsinə görə Bakıya qayıtmışdı....

Ad günündən özünü asan məmur...

Xeberler
Azərbaycan və Türkiyə hərbçiləri gələn həftə Naxçıvanda birgə təlim keçirəcək

Azərbaycan və Türkiyə hərbçiləri...

Xeberler
Gürcüstanda qəflətən dünyasını dəyişən Zeynəb intihar edib? - Yaxını danışdı

Gürcüstanda qəflətən dünyasını...

Комментарии (0)