16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Karantin qaydaları yenə sərtləşəcək? - Baş infeksionist CAVABLADI

Karantin qaydaları yenə sərtləşəcək? - Baş infeksionist CAVABLADI
Karantin qaydaları yenə sərtləşəcək? - Baş infeksionist CAVABLADI


Noyabr ayında koronavirusa yoluxanların sayının artması gözləniləndir.

MAY.AZ xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, buna səbəb növbəti aylarda respirator virus infeksiyalarının baş vermə hallarının artması olacaq:

"Sözügedən infeksiyaların artması koronavirusun da yayılmasına gətirib çıxara bilər. İki virusun yanaşı olması isə xəstəliyin daha ağır gedişlə müşahidə edilməsinə səbəb olacaq".

"Karantin qaydaları sərtləşə bilərmi?" sualına isə C.İsayev belə cavab verib:

"Yoluxma sayının çoxalması və ya azalması birbaşa insanlarla əlaqədardır. İstərsə ən sərt, istərsə də hazırkı yumşalmalarla olan karantin tədbirlərində insanlar diqqətli olmasalar, nəticə dəyişməyəcək. Biz karantin tədbirlərinə maksimum riayət etməliyik. Maskaların taxılması, sosial məsafələrin gözlənilməsi, sıx yerlərdə toplaşmağın qarşısının alınması, əllərin tez-tez yuyulması və s. tədbirlərə əməl etsək, yoluxma sayı çox az olacaq. Bunlara əməl etməsək, ən sərt karantin rejiminin belə faydası olmayacaq.

İnsanlardan bir daha xahiş edirəm ki, karantin tələblərinə riayət etsinlər. Özlərini və ətraflarını qorusunlar ki, həyatımız normal hala qayıtsın".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница