Вторник
янв 08

Yeni iPhone-lar Hindistanda yığılacaq

Yeni iPhone-lar Hindistanda yığılacaq


"Apple" korporasiyasının podratçısı olan "Foxconn" şirkəti 2019-cu ildə qabaqcıl "iPhone" modellərinin quraşdırılmasını Çindən Hindistana daşıyacaq. Bu haqda mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.

May.Az ICTnews-a istinadən bildirir ki, istehsalın Hindistana daşınması şirkətə 356 milyon dollara başa gələcək. "Foxconn" şirkəti yeni zavod inşa etməyəcək, artıq Şriperambudur şəhərində yerləşən zavodun fəaliyyətini genişləndirəcək. Hazırda bu zavodda Çinin "Xiaomi" şirkəti üçün qurğular yığılır.

"Foxconn" Şriperambudurda yerləşən zavodda ən bahalı və aktual "iPhone" modellərini yığmaq niyyətindədir.

Комментарии (0)

Оставить комментарий