Среда
янв 03

2017-ci ildə dünyada baş verən ƏN YADDAQALAN HADİSƏLƏR

2017-ci ildə dünyada baş verən ƏN YADDAQALAN HADİSƏLƏR


Aktual.az 2017-ci ildə dünyada baş verən ən əhəmiyyətli hadisələri təqdim edir.
1 yanvar
Dünya yeni ilinə Türkiyədə baş verən Reyna qətliamı ilə girdi. Hadisə nəticəsində 39 nəfər həlak oldu.

20 yanvar
ABŞ prezidenti seçilən Donald Tramp and içərək vəzifəsinin başına keçdi.

11 fevral
Şimali Koreya Yapon dənizi istiqamətində raket sınağı etdi.

16 aprel
Türkiyənin respublika sisteminə keçidini ehtiva edən qanun layihəsi 51% səslə qəbul edildi.

7 may
Fransanın prezidenti vəzifəsinə 66% səslə Emmanuel Makron seçildi.

22 may
Müğənni Ariana Qrandenin "Mançester" arenadakı konsertinə təşkil edilən hücumda 22 nəfər dünyasını dəyişdi.

14 iyun
İngiltərənin paytaxtı Londonda yerləşən "Qrinfell" binasında yanğın baş verdi. Hadisə nəticəsində 71 nəfər həlak oldu.

9 iyul
İraqın baş naziri Heydər əl-Abadi ölkənin ikinci paytaxtı Mosulun İŞİD terror təşkilatından təmizləndiyini açıqladı.

25 avqust
BMT Myanmada arakanlı müsəlmanlara qarşı aparılan əməliyyatların etnik təmizlik olduğunu sənədləşdirdi.

25 sentyabr
İraqın Şimali Kürdüstan Muxtar Vilayətində təşkil edilən müstəqillik referendumunda 93,2% "hə" cavabı çıxdı.

1 oktyabr
Stefan Paddok adlı bir şəxs Las Veqas şəhərində 58 nəfərin canına qəsd etdi. Bu, ABŞ tarixində ən qanlı silahlı hücum oldu.

27 oktyabr
Kataloniya İspaniyadan ayrıldığını elan etdi. İspaniya Kataloniya parlamentini buraxdı.

15 noyabr
Zimbabvedə ordu hökuməti devirdi. Prezident Robert Muqabe 37 illik iqtidarından əl çəkdi.

24 noyabr
Misirdə Əl-Əriş şəhərində yerləşən məscidə təşkil edilən hücumda 311 nəfər həlak oldu.

7 dekabr
ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıdı.

Комментарии (0)

Оставить комментарий