18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

İftar menyusu üçün maraqlı reseptlər

İftar menyusu üçün maraqlı reseptlər
May.az iftar süfrəsi üçün maraqlı menyu təqdim edir:
Sarımsaqlı mərci şorbası
Ərzaqlar:
1,5 stəkan qırmızı mərci
2/3 stəkan qaynadılmış qarğıdalı
2 ədəd orta ölçüdə kök
2 diş sarımsaq və 1 ədəd soğan
6 stəkan tərəvəz suyu və ya toyuq suyu
2-3 yemək qaşığı zeytun yağı
2 çay qaşığı zirə (zövqə görə)
1 çay qaşığı sarıkök
Hazırlanması:
Yağı isitib içərisinə xırda doğranmış kök və soğanı tökün. 5 dəqiqə bişirin, sonra sarımsağı xırda doğrayıb əlavə edin. Toyuq və ya tərəvəz suyunu, mərci, qarğıdalı, sarıkök, duz və istiotu töküb qaynadın. Mərci bişəndən sonra onu blenderlə əzin. Süfrəyə verərəkən üstünə limon şirəsi tökün.
Pomidorlu italyansayağı toyuq
Ərzaqlar:
4 ədəd toyuq filesi
1 xörək qaşığı quru reyhan
1/4 çay qaşığı duz
1 ədəd doğranmış kabak
1 stəkan balaca sarı və qırmızı pomidor
8-10 ədəd göbələk
1 stəkan rəndələnmiş mozarella pendiri (holand pendiri də ola bilər)
Hazırlanması:
Sobaya qoyacağınız qabı yağlayıb, doğradığınız toyuq filesini düzün. Üzərinə duz və reyhan qurusunu səpin. Üstünə doğranmış kabakları düzün. Sonra pomidor və doğranmış göbələyi tökün. Üstünə pendiri səpib, 180 dərəcə isidilmiş sobada, 35 dəqiqə bişirin.
Şokolad vulkan
Ərzaqlar:
500 qr. şokolad
1.5 stəkan un
1.5 stəkan pudra şəkəri
7 ədəd yumurta
2 xörək qaşığı kərə yağı
Hazırlanması:
Şokoladı kiçik hissələrə bölün, şüşə qaba qoyun və yanına kərə yağını əlavə edin. qaynar su olan qaba qoyun və əridin. Digər qabda yumurta, pudra şəkərini mikserlə qarışdırın. Ərimiş şokoladı içinə əlavə edin və qaşıqla qarışdırın. Üstünə un töküb qarışdırın. Sobaya qoya biləcəyiniz şüşə qablara töküb, 180 dərəcə isidilmiş sobada 12 dəqiqə bişirin.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница