18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Hərbi xidmətə çağırışla bağlı YENİLİK

Hərbi xidmətə çağırışla bağlı YENİLİK

Çağırışçıların və hərbi vəzifəlilərin hərbi vəzifələrinin icrası ilə bağlı elektron xidmətlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemi vasitəsilə həyata keçiriləcək. 


BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası"nda etdiyi dəyişiklikdə əksini tapıb.

Çağırışçılar və hərbi vəzifəlilər tərəfindən hərbi vəzifələrinin icrası ilə əlaqədar elektron kabinet yaradılacaq.

Hazırda hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə məlumat verməlidirlər. Dəyişikliyə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə elektron kabinet vasitəsilə, bu mümkün olmadıqda isə digər vasitələrlə məlumat verməlidirlər. Elektron kabinet vasitəsilə verilən məlumat çağırışçıların və hərbi vəzifəlilərin gücləndirilmiş elektron imzası ilə təsdiq edildikdən sonra Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində SHXÇDX-nin vahid elektron informasiya sisteminə göndəriləcək.

İstisna hal isə Dövlət Təhlükəsizliyi Xidmətinin və ya Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin ehtiyatına keçirilmiş hərbi vəzifəliləri ilə bağlıdır. Dövlət Təhlükəsizliyi Xidmətinin və ya Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqanlar tərəfindən mərkəzləşdirilmiş qaydada aparılır. Həmin hərbi vəzifəlilər yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə məlumat verməlidirlər.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница