Пятница
апр 29

İftar süfrəsi üçün reseptlər

Bu gün Ramazan ayının 28-ci günüdür.
Axşam.az iftar menyusu təqdim edir:
"Yaşıl dəniz" salatı
Ərzaq:
Konservləşdirilmiş qarğıdalı - 1 banka
Krab çubukları - 200 qram
Yumurta - 2 ədəd
Pendir - 50 qram
Mayonez - 200 qram
Düyü - 1 stəkan
Yaşıl soğan - 2 dəstə
Duz, istiot zövqə görə
Hazırlanması:
Krab çubuklarını, soğanı, suda bişmiş yumurtanı xırda doğrayın. Üzərinə rəndələnmiş pendiri, qarğıdalını, bişmiş düyünü, duz, istiot və mayonezi əlavə edib qarışdırın. Duz istiot zövqə görə vurulur.
Əsl yaz şorbası
Ərzaqlar:
1 stəkan yaşıl mərci
1 ədəd kəvər soğanı
1 ədəd kartof
1 ədəd soğan
1 ədəd kök
1 ədəd çuğundur, kərəviz
2 xörək qaşığı tomat pastası
2 xörək qaşığı duru yağ
duz, qara istiot, kəklikotu
Hazırlanması:
Doğranmışz soğanın üzərinə kəklikotu, duz və qaraistiot əlavə edərək duru yağda soğanlar qızarana qədər qovurun. Əvvəldən suda isladılan mərcini və tomat pastasını əlavə edin və su tökün. Mərci bişdikdən sonra içinə dilimlər halında doğradığınız kök ilə kəvər soğanı və kub şəklində doğradığınız qalan tərəvəzləri də əlavə edərək qaynadın. Tərəvəzlər yumşalana qədər bişirin.
Qozlu keks
Ərzaqlar:
Ymurta – 6 ədəd
Şəkər tozu – 1 st.
Duru yağ – 1 st.
Vanil, qabartma tozu 1 ədəd
Un – 1st.
Mannı – 1 st.
Əzilmiz qoz – 1 st.
Şərbət üçün:
2,5 st. şəkər tozu
4 st. su
1 dilim limon
Bəzəmək üçün:
Qaymaq və hind qozu
Hazırlanması:
Əvvəlcə şərbəti hazırlayıb, kənara qoyun. Kənarda yumurtanı mikserlə qarışdırıb, üzərinə şəkər tozunu tökün. Bir az qarışdırdıqdan sonra duru yağ, vanil, qabartma tozu, mannı, un və qozu töküb qarışdırın. Xəmiri yağlanmış qaba töküb, 150 dərəcə isidilmiş sobada 40 dəqiqə bişirin. Bişdikdən sonra 10 dəqiqə saxlayıb, üzərinə şərbət tökülür. Süfrəyə verərkən yanına qaymaq qoyulur, üstünə hind qozu səpilir.

Комментарии (0)

Оставить комментарий