16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

İftar üçün dadlı menyu

İftar üçün dadlı menyu
Bu gün Ramazan ayının 24-cü günüdür.
Axşam.az iftar menyusu təqdim edir:
Brokolli şorbası
Ərzaqlar:
1 ədəd orta boy brokolli
1 orta boy soğan
2,5 dolu yemək qaşığı un
1 stəkan süd
Yarım armudu stəkan duru yağ
1 litr su
1 stəkan ət suyu
1 çay qaşığı qarabibər, duz,
Hazırlanması:
Brokolliləri isti su ilə yaxşıca yuyun. Yağı qızdırıb soğanları qovurun, üzərinə brokollini əlavə edib bişirin. Üzərinə un töküb 3 dəqiqə qovurun. Ət suyunu töküb qarışdırın və qaynayanda süd və duz əlavə edin. Bişəndən sonra blenderdən keçirin.
Toyuqlu burma
Ərzaqlar:
6-7 ədəd toyuq budur
2 ədəd lavaş
1,5 stəkan toyuq suyu
Sous üçün:
1 yemək qaşığı duru yağ
1 yemək qaşığı tomat pastası
1 çay qaşığı qarabibər
1 stəkan toyuq suyu
Qatıqlı sous:
1,5 stəkan qatıq
1-2 diş sarımsaq
Hazırlanması:
Toyuq budlarını yuyub, üzərinə su və duz töküb qaynadın. Lavaşı rulet şəklində burub, doğrayın. Sobaya qoyacağınız tavaya qoyun, 180 dərəcə isidilmiş sobada qızardın. Tavaya duru yağ, tomat pastasını töküb qarışdırın. Qaynayan toyuğun suyundan tökərək azca qaynadın. Sobadan aldığınız lavaşların üzərinə toyuq suyunu tökün. 10 dəqiqə daha sobada bişirin. Sobadan götürün azca soyuyandan sonra üzərinə sarımsaqlı qatığı tökün. Sonra tomat pastalı sousu əlavə edin. Sümükdən ayrılan və didiyiniz toyuq ətini də üzərinə qoyubsüfrəyə verin.
Evdə limonad hazırla
Ərzaqlar:
Limon - 2 ədəd
Portağal - 1 ədəd
Şəkər tozu - 5-6 x/q.
Hazırlanması:
Limonu və portağalı sıxıb, şirəsini çıxart. İçərisinə qurudulmuş limon və portağal qabığını əzib tök. Üstünə 700 ml. su və şəkər tozu əlavə edib, yaxşıca qarışdıraraq, bir gecə sərin yerdə saxla. Səhəri gün daha bir xörək qaşığı şəkər tozu əlavə edib, qarışdır və süz. Soyuducuya qoyub, bir neçə saat saxladıqdan sonra içərisinə qazlı su töküb, süfrəyə ver.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница