18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA

Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA

Hazırda dünyada yeni və qorxulu qrip növünün sürətlə yayıldığı bildirilir. Ötən gün türkiyəli pulmonoloq, professor Tevfik Özlü bu virusun "H3N2" olduğunu və Avropada yayıldığını qeyd edib. O bu virusun tezliklə Türkiyəyə çatacağını da istisna etməyib. Türkiyənin qonşu ölkə olduğunu nəzərə alsaq, Azərbaycanda da bu virusun yayılma ehtimalı qaçınılmzadır. Bəs görəsən bu barədə infeksionistlər nə deyir? "H3N2" virusu ölkəmizdə də təhlükəli vəziyyətə səbəb ola bilərmi? 


İnfeksion xəstəlikləri uzmanı həkim Vasif Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, "H3N2" virusu ölkəmizdə həmişə olub və olacaqda, sadəcə bu qrip pandemiyaya çevrilərsə təhülkəli hal yaşana bilər:

Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA


"H3N2" virusu Azərbaycanda qripin ən çox görülən formasıdır. Sözsüz "H5N1, "H1N1", "H7N9" kimi qrip növləri də var. Lakin bu dəqiqə dünyada ən çox görülən qrip növü elə "H3N2"dir. Bu qrip növü həmişə var. Bu həmişə var olacaq və gözləniləndir. Bu öz özlüyündə qeyri-adi bir pandemiyaya səbəb olacaq xüsusiyyət daşımır. Qrip müəyyən vaxtdan sonra pandemiyaya səbəb ola bilər. Bu cəmiyyətdə yayılan qripin mutasiyaya uğraması nəticəsində ola bilər. Lakin "H3N2" bizim normal qrip kimi qəbul etdiyimiz qripin bir növüdür. Simptomları ən çox boğaz ağrısı, öskürək, temperatur və əzələ ağrısı kimi özünü göstərə bilir. Bu virusu burundan götürülən testlə aşkar etmək olur. "H3N2" var olan virusdur. Ciddi bir epidemiyaya çevrilməsə onun yayılması təhlükəli hal deyil".



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница