20:37 Azərbaycanlı bloger evinə robot aldı 20:13 Kriptovalyutalar yeni həftəyə ucuzlaşma ilə başladı 20:12 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - SON QİYMƏTLƏR 20:11 Yeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq? - RƏSMİ 20:10 Bu bürclər hər söhbətdən düz çıxır 20:09 Məşhur amerikalı yazıçı dünyasını dəyişdi 20:07 Yeni il yarmarkasında yanğınla bağlı təhlükəsizlik tədbirləri görülüb 20:06 2025-ci il üzrə peşə tanınması ilə bağlı son imtahan keçiriləcək 20:04 Uşaqlarda ən gec aşkarlanan təhlükə - Övladı olan hər kəsə XƏBƏRDARLIQ 19:45 Bəzi rayonlarda yollar dumanlı olacaq

2025-ci il üzrə peşə tanınması ilə bağlı son imtahan keçiriləcək

2025-ci il üzrə peşə tanınması ilə bağlı son imtahan keçiriləcək

Bu il üzrə keçiriləcək son peşə imtahanında iştirak etmək istəyən müraciətçilər 10 dekabr 2025-ci il tarixinə qədər Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə (TKTA) müraciət edə bilərlər. 


BAKU.WS xəbər verir ki, bu barədə TKTA-dan məlumat verilib.

Qeyd olunur ki, "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na əsasən, ərizəçilərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilmələri üçün müvafiq kvalifikasiyalarının Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tanınması şərt olaraq qanunvericilikdə təsbit olunub.

"Bununla yanaşı, bildiririk ki, tənzimlənən ixtisaslar kateqoriyasına aid olan müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə müraciətçilərin xarici kvalifikasiyalarının peşə tanınmasının həyata keçirilməsi üçün onların TKTA-nın təqdim etdiyi siyahı əsasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən imtahanda müvəffəqiyyət qazanmaları (keçid balının toplanması) tələb olunur.

Qeyd edək ki, sözügedən qaydaların qəbulundan sonra adıkeçən ixtisaslar üzrə xarici kvalifikasiyaların tanınması məqsədilə TKTA-ya müraciət etmiş ərizəçilərlə bağlı aparılmış təhlil nəticəsində müəyyən edilib ki, həmin şəxslərin bir qismi DİM tərəfindən təşkil olunan müvafiq peşə ixtisası üzrə imtahanlarda uğurlu nəticə göstərmədiyi üçün yalnız akademik şəhadətnamə əldə edib.

Xüsusilə qeyd edirik ki, akademik şəhadətnamə kvalifikasiya sahiblərinə yalnız Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq hüququ verir və bu şəhadətnaməni almış şəxslərin hər hansı peşə fəaliyyəti ilə məşğul olmaları mövcud qanunvericiliyin tələblərinə ziddir.

Əlavə olaraq qeyd edirik ki, qeyd edilən ixtisaslar üzrə akademik şəhadətnamə əldə etmiş şəxslər peşə fəaliyyəti ilə qanuni əsaslarla məşğul ola bilmək üçün yenidən TKTA-ya müraciət etməli və DİM tərəfindən təşkil olunan müvafiq imtahandan müvəffəqiyyətlə keçərək kvalifikasiyalarının tam tanınmasını təmin etməlidirlər.

Daha ətraflı məlumat əldə etmək üçün bu linkə keçid etmək olar", - məlumatda deyilir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница