Четверг
апр 28

İftar üçün maraqlı reseptlər

Bu gün Ramazan ayının 27-ci günüdür.
Axşam.az iftar süfrəsi üçün menyu təqdim edir:
Sarımsaqlı şorba
Ərzaqlar:
2 xörək qaşığı un
2 xörək qaşığı duru yağ
1 çay qaşığı kərə yağı
1/2 (yarım) çay stəkanı vermişel
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı bibər pastası
6 stəkan su
1 bulyon, hansi olursa olsun
Duz, kəklikotu, nanə
1 diş sarımsaq
Hazırlanması:
Yağı əridib unu töküb qovurun. Tomat pastasını əlavə edib qarışdırın. 2 stəkan soyuq su töküb unu həll olana qədər qarışdırın. Dörd stəkan qaynar su əlavə edib, qaynayana yaxın bulyon, vermişel, ədviyyat və duz tökün. Bişdikdə üzərinə təzə sarımsaq, nanə və kəklikotu səpin.

Toyuqlu "Hünkarbəyəndi"


Ərzaqlar:
600 qr. toyuq filesi
1 ədəd soğan
2 ədəd acı yaşıl bibər
2 ədəd pomidor
2 diş sarımsaq
1 çay qaşığı bibər pastası
2 yemək qaşığı pomidor pastası
Duz, qaraistiot və qırmızı istiot, kəklikotu


Sous üçün:


3-4 ədəd közdə bişmiş badımcan
3 yemək qaşığı kərə yağı
3 yemək qaşığı un
2 stəkan süd
Duz, qara istiot, muskat, bir ovuç holand pendiri rəndəsi


Çox az xırda doğranmış keşniş


Hazırlanması:


Badımcanların qabığını soyub, duru yağ çəkib sobada bişirin. Bişdikdə əzib, qarışdırın. Toyuq filesini xırda doğrayıb, su verənə qədər tavada bişirin. Üzərinə doğranmış soğanı, 2 diş sarımsağı, doğranmış bibər və pomidoru əlavə edib, vam odda bişirin. Tərəvəzlər bişəndə tomat və bibər pastasını tökün. Başqa bir qabda kərə yağını əridin. Unu əlavə edib azca qovurun. qarışdıra-qarışdıra süd əlavə edin. Qaynayanda duz, istiot, əzilmiş badımcanı əlavə edin. Sonda pendiri əlavə edin. Boşqaba əvvəl badımcanlı qarışıqdan, sonra toyuqlu qovurmadan əlavə edin. Üzərinə xırda doğranmış keşniş səpin.


Kəsmikli piroq


Ərzaqlar:
Xəmir üçün:
Un - 4 st.
Yağ - 300 qr.
Şəkər tozu - 1 st.
Qabartma tozu - 1 paket
Vanil


İç üçün:
Kəsmik - 3 əbəd
Yumurta - 2 dənə
Şəkər tozu - 2 st.


Hazırlanması:
Yağ, şəkər tozu, qabartma tozu, vanil və unu qatıb umac et. Kənarda şəkər tozu, yumurta və kəsmikdən ibarət iç hazırla. Umac formasında olan xəmiri iki hissəyə ayır. Xəmirin bir hissəsini yağlanmış tavaya töküb, üzərinə kəsmikli içi əlavə et. Xəmirin qalan hissəsini də tökdükdən sonra sobaya qoy.

Комментарии (0)

Оставить комментарий