18.04.2022 Paylaşdı: Admin 181 0

İftar süfrəsi üçün dadlı reseptlər

İftar süfrəsi üçün dadlı reseptlər

Bu gün Ramazan ayının on yeddinci günüdür.
Axşam.az iftar süfrəsi üçün menyu təqdim edir:
"Hanım ağa" şorbası
Ərzaqlar:
1 ədəd soğan
3-4 diş sarımsaq
4-5 yemek qaşığı zeytun yağı
1 stəkan bişmiş yaşıl mərci
2 stəkan bişmiş noxud
1 armudu stəkan tük kimi makaron
1 armudu stəkan ərişdə
1 stəkan ət suyu
1 yemək qaşığı tomat pastası
Duz, qara istiot, nanə qurusu,
1,5 litr su
Hazırlanması:
Soğanı xırda doğrayıb, zeytun yağında qovurun. Daha sonra tomat pastasını əlavə edib qarışdırın. Duz, istiot vurub, üzərinə su və ət suyunu töküb, noxudla əriştəni əlavə edib qaynamağa qoyun. Ərişdə bişəndə makaronu və mərcini əlavə edin. 10 dəqiqə bişirib, üzərinə nanə qurusu səpin.
Püreli küftə
Ərzaqlar:
6-7 ədəd suda bişmiş kartof
1 yemək qaşığı kərə yağı
1 armudu stəkanda süd
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
Küftə üçün:
400 qr. qıyma
1 ədət yumurta
Yarım armudu stəkan suxarı unu
1 ədəd soğan
Duz, qara bibər
Sous üçün:
2 ədəd sürtkəcdən keçirilən pomidor
1 yemək qaşığı tomat pastası
1 armudu stəkan su
Duz
Üzəri üçün:
Holand pendiri rəndəsi, cəfəri
Hazırlanması:
Bir qaba kartofu, duz, istiot və kərə yağını töküb, əzin və qarışdırın. Püreni sobaya qoyacağınız qaba töküb yayın. Qiymə, rəndələnmiş soğan, yumurta, suxarı unu, duz, istiotu bir yerdə qarışdırın. Balaca küftələr düzəldib, azca yağda qızardın. Pürenin üstünə küftələri yığın. Küftəni qızartdığınız yağa tomat pastası, rəndələnmiş pomidor, su, duz atıb 2 dəqiqə qaynadın. Onu da küftələrin üstünə töküb, holand pendirini səpib sobaya qoyun. 190 dərəcədə üzəri qızarana qədər bişirin. Sonda doğranmış cəfəri səpin.
Meyvəli piroq
Ərzaq:
Xəmir üçün:
Süd - 1 stəkan
Yumurta - 2 ədəd
Duru yağ - 50 ml.
Kərə yağı - 50 qr.
Şəkər tozu - 1 stəkan
Maya - 40 qr.
Un - 4-5 stəkan
İç üçün:
Meyvə qurusu - 100 qr.
Şəkər tozu - ¼ stəkan
Vanil - 1 paket
Şəkərli meyvə qabığı - 30 qr.
Darçın - 1 ç/q.
Qlazur:
Şəkər tozu - 2 x/q.
Portağal şirəsi - 2 x/q.
Hazırlanması:
Süd, yumurta, şəkər tozu və unu qatıb, mayalı xəmir hazırlayın. Xəmiri gəlməyə qoyun. Quru üzümü və meyvələri xırda doğrayın. Xəmirdən bir az götürüb, 0,5 sm. qalınlığında yayın. Üstünə kərə yağı çəkib, meyvə qurularını, şəkər tozunu, vanili və darçını töküb, rulet formasında bükün. Sonra ruletin hər iki tərəfini birləşdirib, oval formaya salın. Üstünə yumurta çəkib, ruletin kənarlarını bıçaqla çərtin. 20 dəqiqə isti yerdə saxladıqdan sonra bişirin. Portağal şirəsinə şəkər tozu əlavə edib, vam odda bişirin, rulet hazır olduqdan sonra alınan qlazuru üstünə tökün.


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
MP3
Təqvim
«    Февраль 2023    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Sorğu

Опрос

Saytımızda ən çox oxuduğunuz xəbərlər^


Statistika