Kateqoriya 1 Kateqoriya 2 Kateqoriya 3 Kateqoriya 4 Kateqoriya 5

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

Yazar: Admin | 20-09-2024, 11:37 | Baxış: 1 | Şərhlər: 0
COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olunacaq.

Ölkə.az xəbər verir ki, bu barədə COP29-un sədrliyinin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.

Qeyd olunur ki, noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı mühüm irəliləyiş əldə olunub.

Son yeniliklərə Bakı Olimpiya Stadionunda işlərin tezliklə başa çatdırılması daxildir. Bundan əlavə, sərnişindaşınmanın asanlaşdırılması üçün 350 elektrik avtobusu nəzərdə tutulub, "bnetwork" vasitəsilə əlavə 4 000 otaq əlçatan olacaq və tədbirin qlobal səviyyədə işıqlandırılması üçün müvəqqəti media mərkəzi yaradılacaq.


Paylaş: Facebook | Twitter | Telegram

Şərhlər

Template not found: /templates/N/addcomments.tpl