16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Kofe içməyə neçə yaşdan başlamaq olar?

Kofe içməyə neçə yaşdan başlamaq olar?

Müasir beynəlxalq tibbi tövsiyələrə görə, uşaqlara 14 yaşına qədər kofe içmək məsləhət görülmür. Bu yaşa qədər gündəlik kofein miqdarı 50 milliqramdan artıq olmamalıdır. 


BAKU.WS xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya Lahta Clinic tibb mərkəzinin nevroloqu və epileptoloqu Vasili Plotnikov bildirib.

"Hər gün 14 yaşdan etibarən 100 milliqramadək kofein qəbuluna icazə verilir. Bu da təxminən bir fincan üyüdülmüş kofeyə və ya iki fincan hazır (həll olunan) kofeyə bərabərdir. Kofeinin çox miqdarda qəbulu yeniyetmələrdə həyəcan, aqressivlik, həddindən artıq oyanıqlıq, davranış pozğunluğu və baş ağrılarına səbəb ola bilər," – deyə həkim izah edib.

Mütəxəssis onu da vurğulayıb ki, kofein təkcə kofedə deyil, bir sıra digər içkilərdə də olur. Məsələn, 14 yaşınadək uşaqlara gündə bir kiçik kolanın (0,33 litr) artıq içilməsi məsləhət deyil.

"Bəzi uşaqlar şirin çayları sevirlər – lakin burada da kofeinin olduğunu unutmamaq lazımdır, xüsusilə yaşıl çayda. Və əlbəttə, hazırkı tibbi tövsiyələrə əsasən, enerji içkiləri 18 yaşına qədər qətiyyən icazə verilmir, çünki onların bir bankasında adətən azı 150 milliqram kofein olur," – deyə həkim əlavə edib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница