16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

COP29 keçirilən ərəfədə Bakıda toy-nişan olmayacaq?

COP29 keçirilən ərəfədə Bakıda toy-nişan olmayacaq?

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Noyabr ayının 11-22 tarixlərində baş tutacaq beynəlxalq tədbirin keçirilməsi Bakının müxtəlif istiqamətlərində planlaşdırılıb.

Məlumatlara görə, həmin vaxt Bakıda bəzi məhdudlaşdırıcı addımlar atılacaq. Dərslərin onlayn qaydada keçirilməsi, toy-nişan, ad günləri, bir sözlə, təntənəli mərasimlərin keçirilməsinin müvəqqəti təxirə salınacağı deyilir. Hətta bununla bağlı şəhərdə fəaliyyət göstərən şadlıq evlərinə xəbərdarlıq da edildiyi bildirilir.

Doğrudanmı COP29 keçirilən ərəfədə Bakıda toy olmayacaq?

"Qaynarinfo" bu sualın cavabını Bakıda fəaliyyət göstərən şadlıq evlərində axtarıb.

Nizami rayonundakı şadlıq saraylarından birinin nümayəndəsi bildirib ki, COP29 tədbiri keçirilən ərəfə üçün heç bir sifariş götürülmür:

"Nə toy, nə nişan? Yox, Bakıda böyük tədbir keçiriləcək. Bununla bağlı mərasimlərin keçirilməsinə məhdudiyyətlər qoyulub. Noyabrın 11-dən 25-nə kimi heç bir sifarişimiz yoxdur".

Babək prospektində yerləşən şadlıq evlərindən birinin əməkdaşı də həmin tarixə sifariş qəbul edilmədiyi vurğulayıb:

"Bilmirik, biz də qalmışıq belə. Ölkədə vəziyyət başqadır. Hələ ki, həmin günlərə sifariş götürülmür. Bir neçə günə bizə məlumat verəcəklər, bu səbəbdən də sifarişi dayandırmışıq".

Binəqədi rayonundakı şadlıq evinin nümayəndəsi isə hələlik məsələ ilə bağlı onlara hər hansı bir məlumatın verilmədiyini diqqətə çatdırıb:

"Bizə heç nə deməyiblər. Şayiəni camaat yayır. COP29-un toya nə aidiyyəti? Tədbirlər ayrı-ayrı məkanlarda baş tutacaq. Belə məlumatları yayıb camaatın toyunu ləngidirlər".

Paytaxtın Nəsimi rayonundakı şadlıq evinin nümayəndələrindən biri vurğulayıb ki, həmin tarixə sifariş götürülür:

"Hazırda sifariş götürürük. Bizə aidiyyəti qurumlardan hər hansı məlumat daxil olmayıb, heç nə deyilməyib".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница