16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıda bu mənzillərin qiyməti UCUZLAŞIB

Bakıda bu mənzillərin qiyməti UCUZLAŞIB

Son günlər Bakının mənzil bazarında yaşanan proseslər maraq doğurur. 


BAKU.WS-in məlumatına görə, paytaxtın müxtəlif rayonlarında və fərqli tipli mənzillərdə alqı-satqı aktivliyi, qiymət dinamizmi və təkliflərin sayı ilə bağlı müşahidələr bazarın ümumi durumunu ortaya qoyur.

Son aylar formalaşan qiymət artımı və tələb-təklif balansındakı dəyişikliklər hələ də təsirini saxlayır, həmçinin yeni tikililər və köhnə fond mənzillərinin satış həcmi bazara öz rəngini qatır.

Mənzil bazarının bu günkü vəziyyəti yalnız qiymət göstəriciləri ilə deyil, həm də alıcı və satıcı davranışlarının dəyişməsi, kredit şərtləri, investisiya marağı və şəhərin inkişaf tendensiyaları ilə bağlı daha geniş kontekstdə qiymətləndirilə bilər.

Maraqlıdır ki, son günlər daşınmaz əmlak bazarında vəziyyət necədir? Qiymətlərdə hansısa dəyişikliklər olubmu?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı BAKU.WS-ə bildirib ki, paytaxtda bahalı mənzillərin qiymətində nisbətən ucuzlaşma qeydə alınır:

"Bakıda mənzillərin qiyməti ilə bağlı deyə bilərik ki, mövsümlə əlaqədar olaraq ucuz mənzillərin qiymətində nisbi artımlar müşahidə olunur. Bahalı - təqribən qiyməti 400 min – 500 min manatdan yuxarı olan mənzillərdə isə stabilləşmə var. Hətta ucuzlaşmaya doğru müəyyən meyillər müşahidə olunur.

Amma yeni tikililərdə qiymətlərin daha çox artımı var. Bu da investorların, tikinti şirkətlərinin qiymət siyasətindən asılı bir məsələdir. Burada daha çox qiymət artımı müşahidə edirik".

Orxan Hüseyn



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница