08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Alimlər müəyyən edib: D vitamini qocalmanı ləngidir

Alimlər müəyyən edib: D vitamini qocalmanı ləngidir

Yeni araşdırma nəticəsində məlum olub ki, əlavə şəkildə qəbul edilən D vitamini hüceyrələrin qocalmasını ləngidə bilər. Alimlərin fikrincə, bu vitamin DNT-nin uc hissəsində yerləşən və yaşlandıqca qısalan telomerlərin itməsinin qarşısını alır.


May.az xəbər verir ki, söhbət ABŞ-də aparılan VITamin D and OmegA-3 TriaL (VITAL) adlı tədqiqatdan gedir. Layihədə 55 yaşdan yuxarı qadınlar və 50 yaşdan yuxarı kişilər olmaqla ümumilikdə 26 min nəfər iştirak edib. Onlar təsadüfi şəkildə D vitamini, balıq yağı, bu ikisinin kombinasiyası və ya plasebo qəbul edən qruplara bölünüb.

Harvard Universitetinin klinik və translasiya elmləri mərkəzinə yaxın yaşayan 1054 iştirakçı üzərində aparılan əlavə araşdırmada onların qan nümunələri 4 il ərzində 3 dəfə analiz edilib. Məqsəd telomerlərin vəziyyətini izləmək olub.

Telomerlər xromosomların uclarını örtən təkrarlanan DNT ardıcıllıqlarıdır. Onlar çox qısaldıqda hüceyrə bölünməsini dayandırır və ölür. Hüceyrələrin artan itkisi isə yaşlanmaya səbəb olur.

Araşdırmanın əvvəlində bütün qruplarda telomer uzunluğu təxminən eyni – 8700 baza cütü olub. D vitamini qəbul edənlərdə telomerlərin qısalması dörd il ərzində orta hesabla 140 baza cütü daha az olub. Maraqlıdır ki, balıq yağı qəbul edənlərdə bu baxımdan ciddi fərq müşahidə edilməyib.

Mütəxəssislər bildirirlər ki, D vitamininin hüceyrə səviyyəsində qocalma prosesini yavaşlatmaq qabiliyyəti var və bu, sağlam yaşlanma üçün mühüm faktor ola bilər.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница