08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı

Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı

"Sosial şəbəkədə hər hansısa bir şəxsin hesabına daxil olmaq, səhifələri gizli şəkildə izləmək, müasir proqramlar vasitəsilə mobil telefonlara giriş əldə etmək, vətəndaşların kiminlə danışdığını və ya yazışdığını öyrənmək" adı altında çoxsaylı paylaşımlara rast gəlinir".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, internet seqmentində, xüsusilə də sosial şəbəkələrdə rast gəlinən bu cür reklamlar və şirnikləndirici təkliflər saxtadır.

"Bunlara birmənalı şəkildə inanmamalıyıq, yalandır. Ödəniş qarşılığında saxta xidmətlər təklif edən səhifələr və həmin səhifələri idarə edən dələduzların məqsədi şəxsi və bank kartı məlumatlarını ələ keçirmək və son nəticədə vətəndaşların pul vəsaitini talamaqdır.

Bir daha vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etməyi və heç bir halda cəlbedici vədlərə aldanıb onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə müraciət edərək özünüzü təhlükələrdən qoruya bilərsiniz", - məlumatda vurğulanıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница