Günəşdə güclü partlayışlar baş verib

Günəşdə güclü partlayışlar baş verib
0
---
Yayınlanma tarihi: 7-12-2025, 13:55

Bir neçə günlük nisbi sakitlikdən sonra Günəş səthində iki güclü aktivlik müşahidə olunub. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

BAKU.WS xəbər verir ki, baş verən partlayışlar M1.1 və M8.1 dərəcəli energetik gücə malik olub. Bu göstəricilər orta səviyyədən yuxarı sayılan rentgen partlayışları kimi qiymətləndirilir.

Bundan əvvəl, 4 dekabr tarixində M6.1 gücündə partlayış qeydə alınmışdı. Astronomlar qeyd edirlər ki, son günlər Günəş aktivliyi yüksələn templə davam edir.

Məlumata əsasən, Günəşdə baş verən partlayışlar rentgen şüalanmasına görə beş kateqoriyaya bölünür: A, B, C, M və X. X sinfi ən güclü partlayışları, M sinfi isə ondan bir pillə aşağı səviyyəni ifadə edir.


---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!