N vitamini (lipoy turşusu) keçmiş əsrin ortalarında aşkar olunub. Bu tam vitamin deyil, vitaminə bənzər maddə sayılır. Lakin bu maddə orqanizmə olduqca güclü təsir göstərir.İlk növbədə N vitamini orqanizmdə gedən turşuma proseslərini ləngidir. Alimlərin fikrinə görə, məhz bu proseslər orqanizmin qocalmasına və bir çox xroniki xəstəliklərin, o cümlədən xərçəngin inkişafına səbəb olur. Həmçinin N vitamini şəkərli diabet xəstəliyinin inkişafının qarşısını alır. Digər faydalı təsirlər arasında: – qaraciyərin fəaliyyətini bərpa edir, orqanı mənfi təsirlərdən qoruyur – sinir və immun sistemlərinin fəaliyyətini yaxşılaşdırır – güclü antioksidantdır – orqanizmi cavan saxlayır – insultun qarşısını alır – beyinin fəaliyyətini yaxşılaşdırır – qanda xolesterolun səviyyəsini aşağı salır, aterosklerozun inkişafını ləngidir – iş qabiliyyətini artırır, insanı daha gümrah edir N vitamininin mənbələri: maya, ispanaq, düyü, kələm, mal əti, ürək, qaraciyər, süd, yumurta. N vitamini dərman preparatları şəklində də buraxılır.