Вторник
июл 10

Arıqlamağa kömək olan hüceyrə kəşf olundu

Arıqlamağa kömək olan hüceyrə kəşf olundu


Alimlər gəmiricilərin orqanizmində yeni piy hüceyrələrinin artımını idarə edən xüsusi hüceyrə qrupu aşkarlayıb. Bu hüceyrələrin manipulyasiya edilməsi arıqlama üçün ən effektiv metoda çevrilə bilər.

May.Az xəbər verir ki, bu haqda “Nature” jurnalında dərc olunan elmi məqalədə deyilir.

“Piyin formalaşma sürətinə nəzarət təkcə insanın metabolizmini yaxşılaşdırmayacaq, eyni zamanda qocalma prosesini ləngitməyə kömək olacaq, belə ki, bizim bədənin bir çox toxumaları yaş ötdükcə özündə piy toplayır. Bu hüceyrələrlə bağlı yeni kəşfləri səbirsizliklə gözləyirik”, - deyə Lozanna şəhərinin Federal politexnik məktəbinin alimi Bart Deplanke bildirib.

Son illər alimlər pəhrizlə yanaşı müxtəlif hormonlar və siqnal molekulları ilə kök insanların artıq çəkidən qurtulmasına kömək etməyə çalışır. Siçanlar üzərində aparılan son eksperimentlər göstərib ki, buna adi piy hüceyrələrini “qonur hüceyrəyə” çevirməklə də nail olmaq olar.

Qonur piy adətən körpələrin və azyaşlı uşaqların toxumalarında yer alır və kalorinin tez şəkildə yandırmaq və bədəni isitmək funksiyasını daşıyır. İnsan yaşlandıqca qonur piy yoxa çıxır. Yetkin insanın orqanizmində ağ piy üstünlük təşkil edir və bir növ qidalı maddələrin “anbarı” rolunu oynayır.

Deplanke və onun həmkarları siçanlarda yenidən qonur piylərin formlaşamasına yol açan və piyin artımı prosesinə nəzarət edən hüceyrələri kəşf edib.

Müxtəlif tipdən olan 200-ə yaxın hüceyrələrin fəaliyyətini təhlil edən alimlər yetkin piy hüceyrələrinə bənzəyən lakin tam fərqli funksiyaları yerinə yetirən “kök hüceyrələri” ilə rastlaşıb.

“Adiponizamlayıcı” adı verilmiş bu hüceyrələr piy toxumalarının digər komponentlərinə çevrilməsə də, bilavasitə onun inkişafını idarə edir. Bioloqlar müəyyən edib ki, onlar “kök hüceyrələrini” qonur piyə çevirməyə imkan verən və piy toxumalarının formalaşmasının qarşısını alan bir neçə molekul formalaşdıra bilir.



Siçanlar üzərində aparılan sınaqlarda, onların aktivləşdirilməsi yeni piy hüceyrələrinin formalaşmasını tam olaraq dayandırıb. Bu tapıntıdan sonra, alimlər bu hüceyrələrin insan orqanizmində olub-olmadığını yoxlayıb.

Məlum olub ki, belə hüceyrələr həqiqətən bizim piy toxumalarında mövcuddur və aktivləşdirildiyi təqdirdə artıq çəkiyə qarşı mübarizədə və ikinci tip diabetin müalicəsində kömək ola bilər.

Комментарии (0)

Оставить комментарий