18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Əsnəyərkən niyə "ağlayırıq"? - Maraqlı səbəblər və elmi izah

Əsnəyərkən niyə "ağlayırıq"? - Maraqlı səbəblər və elmi izah

İnsanların əksəriyyəti əsnəyərkən gözlərindən yaş axdığını müşahidə edib. Bəzi hallarda bu, sanki ağlamağa bənzəyir.

Əsnəyərkən niyə ağlayırıq?


Əsnəmək həm insanlarda, həm də bir sıra heyvan növlərində müşahidə olunan, bədənin dərin nəfəs alaraq oksigenlə zənginləşdirmə cəhdi ilə əlaqəli refleks hərəkətdir. Əsnəmə zamanı ağız geniş açılır, üz, çənə və göz ətrafındakı əzələlər aktivləşir. Bu əzələlərin koordinasiyalı fəaliyyəti zamanı başda və göz ətrafında təzyiq dəyişiklikləri baş verir.

Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, əsnəmə zamanı baş verən bəzi fizioloji dəyişikliklər gözyaşlarının yaranmasına gətirib çıxarır.

Əsnəyərkən mimik əzələlər, xüsusilə gözətrafı dairəvi əzələlər sıxılır. Bu zaman gözyaşı vəzilərinə təzyiq artır və bu da onların müvəqqəti olaraq daha çox maye ifraz etməsinə səbəb olur. Əsnəmə nəticəsində gözyaşı kanalına yaxın olan əzələlər də hərəkətə gəlir. Bu da gözyaşlarının gözdən daha asan axmasına şərait yaradır. Əsnəyərkən başın yüngül şəkildə geriyə əyilməsi gözyaşının normal axarını dəyişdirə bilər. Nəticədə maye göz qapağından çölə axaraq ağlama görüntüsü yaradır.

Bu vəziyyət nə dərəcədə normaldır?

Oftalmoloqlar bildirirlər ki, əsnəmə ilə bağlı gözyaşı ifrazı tamamilə normal və zərərsiz bir haldır. Bu, gözün quruluğunun qarşısını alan və göz qişasını nəmləndirən bir mexanizmdir. Yəni, əsnəyərkən "ağlamaq" əslində gözün özünü qoruma mexanizminin bir parçasıdır.

Lakin əgər göz yaşarması yalnız əsnəmə ilə deyil, daim müşahidə olunursa və ya gözdə qıcıqlanma, yanma, qaşınma kimi əlamətlərlə müşayiət olunursa, bu zaman allergiya, göz infeksiyası və ya gözyaşı yollarının tıxanması kimi hallar da ehtimal edilə bilər və mütəxəssisə müraciət edilməlidir.

Əsnəmə zamanı göz yaşarması hər nə qədər ağlamağa bənzəsə də, bu, emosional səbəblərlə deyil, sırf fiziki və bioloji faktorlarla bağlıdır. Bu hal sağlamlıq üçün təhlükəli sayılmır və əksinə, gözün təbii qorunma sisteminin bir hissəsidir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница