16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Yazda xəstələnməmək üçün bunları bilməlisiz

Yazda xəstələnməmək üçün bunları bilməlisiz

Yaz aylarında havanın həm günəşli, həm də soyuq keçməsi insanların sağlamlığına müxtəlif təsirlər göstərə bilər. Belə hava şəraitində bədənin istilik tənzimləmə sistemi gərginləşir və bu da bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu tip hava dəyişiklikləri xüsusilə immun sistemini zəiflətmiş və ya xroniki xəstəlikləri olan insanlar üçün risklidir.


BiG.AZ milli.az-a istinadən hava dəyişkənliyinin sağlamlığa necə təsir edəcəyini təqdim edir:


Havanın həm günəşli, həm də soyuq olması bədənin istilik tənzimləməsində çətinliklər yaradır. Bu, xüsusilə aşağıdakılara təsir göstərə bilər. Soyuq və isti temperatur arasında tez-tez keçid bədənin adaptasiya etməsini çətinləşdirir. Bu da, soyuqdəymə və qrip kimi xəstəliklərin yaranmasına səbəb ola bilər. Günəşin şiddətli olması ilə birgə polen və digər allergenlər havada daha çox yayılır, bu da allergik reaksiyaların artmasına yol aça bilər.


Havanın birdən dəyişməsi, xüsusilə ürək xəstəliyi və yüksək təzyiqi olan insanlarda qan təzyiqində dalğalanmalara və ya ürək problemlərinə səbəb ola bilər.


Belə havalar bəzən stress və narahatlıq hissi yaradır, xüsusən də bədənin yeni şəraitə uyğunlaşması çətin olduğunda.


Bu kimi hallarda nə etməliyik?


Yaz aylarında hava çox isti olduqda başınızı və dərinizi günəşdən qorumaq üçün şapka və günəş kremi istifadə edin. Mövsüm dəyişikliyi zamanı orqanizmə lazım olan vitamin və mineralları təmin etmək çox önəmlidir. Təzə meyvə və tərəvəzlə zəngin qidalar istehlak etməyə çalışın. Yaz aylarında günəşin təsiri ilə bədən daha çox maye itirir, buna görə də kifayət qədər su içməyə diqqət edin. Havanın dəyişkənliyi sizi yavaşlatmasın, mütəmadi olaraq fiziki aktivliyinizi qorumağa çalışın. Gəzintilər və yüngül idman hərəkətləri immun sisteminizi gücləndirə bilər. Stressi azaltmaq və ruh halını yaxşılaşdırmaq üçün meditasiya və rahatlama üsullarından istifadə edə bilərsiniz.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница