16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Yaddaşsızlıqdan əziyyət çəkirsinizsə, bunu edin - Psixoloqdan maraqlı MƏSLƏHƏT

Yaddaşsızlıqdan əziyyət çəkirsinizsə, bunu edin - Psixoloqdan maraqlı MƏSLƏHƏT
Əsrin bəlalarından biri də yaddaşsızlıq problemdir. Təəssüf ki, bu problem dövrümüzün ən aktual mövzularından birinə çevrilib. Yaddaşsızlıq problemi bütün zamanlarda yaşanmasına baxmayaraq, hazırda daha yayğın hal alıb. Bir zamanlar qocalarda müşahidə olunan yaddaş pozğunluğuna indi gənclərdə, hətta uşaqlarda belə, rast gələ bilirik.
Bu problemin yaranmasına səbəb nədir? Bunun qarşısını necə almaq olar? Yaddaşsızlıq ciddi bir xəstəlikdirmi? Niyə insanların çoxu bu problemdən əziyyət çəkir?
Məsələ ilə bağlı suallarımızı MAY.AZ-a açıqlama verən klinik-psixoloq Məleykə İsmayılova cavablandırıb.
Onun sözlərinə görə, bu hal adətən zehini problem yaşayan insanlarda olur:
"Bunun sosial-psixoloji, həm də biloji səbəbləri var. Yaddaşsızlıq hətta qanazlığı olan insanlarda daha çox müşahidə olunur. Biz pandemiya və 44 günlük Vətən müharibəsindən çıxmış insanlarıq. Bunlar da bizə təsir edə bilir. Günlük streslərimiz, davamlı olaraq oxumaq, davamlı olaraq monoton işlərdə çalışmaq, dincəlmədən işləmək, istirahətə üstünlük verməmək yaddaşdakı bəzi problemlərə gətirib çıxarır. İnsanların böyük əksəriyyəti sadəcə unutqanlıq yaşadıqları üçün diqqəti cəmləyə bilmirlər və bunu da yaddaş problemi ilə əlaqələndirirlər".
Psixoloq yaddaş probleminin ciddi bir diaqnoz olduğunu da qeyd edib:
"Adətən yaddaş problemi ilə bağlı müraciət edən şəxslərdə ilkin müayindən sonra bunun diqqət yayınıqlığının diqqətin bir yerə cəmləşə bilməməsinə aid olduğunu aşkarlayırıq. Bunu yaddaş problemi adlandırmaq üçün əlimizdə çox ciddi müayinə çıxarışlarımız olmalıdır. Belə hallarda insanlar nə etməlidirlər?
Bizə müraciət edən insanlara biz neyroqrafik hərəkətlərdən, beynin gənc qalması, beyin hüceyrələrinin məhv olmaması, sağ və sol yarımkürə arasındakı əlaqənin möhkəmləndirilməsi, həm də diqqəti korreksiya etmək üçün müxtəlif psixoloji metodlardan istifadə edirik. Yaddaş problemi olan insanlarda bunlar davamlı edilməlidir.
Bu problemləri aradan qaldırmaq üçün digər bir üsul meditasiyadır. Meditasiya ilə məşğul olmaq insanda olan diqqət problemlərinin aradan qaldırılmasına səbəb ola bilər. Bir də əsasən istirahətlə işi balanslaşdırmaq lazımdır. Məsələn, elə insanlar var ki, həddən çox yüklənirlər. Onlar davamlı olaraq çalışır və öz istirahətlərinə zaman ayırmırlar. İstirahət evdə qalmaq, divanda uzanmaq deyil, istirahət mütləq təbiətlə sıx kontakt qurmaqdır. Çünki biz təbiətdən qopduğumuza, təbiətlə ünsiyyətimizi kəsdiyimizə görə bu problemləri yaşayırıq.
Belə problemlərin artmasının bir səbəbi də informasiya əsrində yaşamağımızdır. Ona görə də bacardığımız qədər təbiətlə kontakt qurmaq, meditasiya etmək və istirahətə zaman ayırmaq lazımdır".
Mehriban Xəlilli


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница