08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

8 abituriyentin nəticəsi ləğv edildi

8 abituriyentin nəticəsi ləğv edildi

II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə iyulun 7-də keçirilmiş imtahanda iştirak edən 8 nəfərin nəticəsi ləğv edilib.

Bu barədə BiG.AZ-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 38625 abituriyentdən (II qrup üzrə 17431 nəfər, III qrup üzrə 21194 nəfər) 966 nəfər (II qrup üzrə 568 nəfər, III qrup üzrə 398 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 8 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən 8896 abituriyentdən 656 nəfər informatika fənni üzrə imtahana gəlməyib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница