16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Qəbul imtahanlarının vaxtı açıqlandı

Qəbul imtahanlarının vaxtı açıqlandı
Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, sənəd qəbulu tarixləri, magistraturaya qəbul imtahanının II cəhdi, rezidenturaya qəbul, dövlət qulluğuna qəbul, eləcə də digər imtahan və tədbrilərin tarixləri müəyyən olunub.


BiG.AZ xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək.


Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu ötən il olduğu kimi, bu il də iki mərhələdə (V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılacaq. Ərizə qəbulunun birinci mərhələsi 2024-cü il martın 1-dən 15-dək həyata keçiriləcək.


Ərizə qəbulunun 2-ci mərhələsi, yəni I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlər 2024-cü il aprelin 15-dən mayın 6-dək imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçəcəklər. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat isə mayın 31-dən iyunun 17-dək olan müddətdə aparılacaq.


II və III ixtisas qrupları üzrə qəbul imtahanların ikinci cəhdi iyulun 7-də, I və IV ixtisas qrupları üzrə iyulun 14-də keçiriləcək.


Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdi aprelin 28-də, rezidenturaya qəbulun birinci mərhələsinin birinci cəhdi mayın 5-də, ikinci cəhdi iyunun 9-da, imtahanın ikinci mərhələsi isə avqustun 4-də keçiriləcək.


Digər imtahanların tarixləri və tədbirlərin qrafiki ilə verilən cədvəldə ətraflı tanış ola bilərsiniz. Cədvəl il ərzində DİM-in saytının baş səhifəsində aktiv olacaq. Qrafik Mərkəzin saytının "Təqvim" bölməsinə də əlavə edilib. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid imtahanlar və qeydiyyat tarixlərini əldə edə bilərsiniz.


Xatırladaq ki, buraxılış imtahanları, əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi, Azərbaycan dili (dövlət dili kimi) və s. imtahanların tarixləri əvvəlcədən elan olunmuşdur. 11-ci sinif buraxılış imtahanları üzrə Gəncə şəhərində yerləşən məktəblərin imtahan günləri də siyahı şəklində (Gəncə – 1, Gəncə – 2) cədvəlin buraxılış imtahanları bölməsinə əlavə olunub.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница