III ixtisas qrupunda altqrupları ilə bağlı dəyişikliklər təsdiqlənib

III ixtisas qrupunda altqrupları ilə bağlı dəyişikliklər təsdiqlənib
III ixtisas qrupunda TC və DT altqruplarının yaradılmasını nəzərdə tutan dəyişikliklərin Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu DİM-in Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, TC altqrupuna daxil edilən "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ədəbiyyat fənnindən imtahan verəcək. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən imtahan verməlidirlər.
"Abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malikdirlər".

Elm və Təhsil Bakı
Magistr dissertasiyasının müdafiəsi götürülməyib

Magistr dissertasiyasının müdafiəsi götürülməyib..

Elm və Təhsil Bakı
Mikayıl Cabbarov Polşa şirkətlərini Azərbaycandakı layihələrə dəvət etdi

Mikayıl Cabbarov Polşa şirkətlərini Azərbaycandakı..

Elm və Təhsil Bakı
Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı..

Elm və Təhsil Bakı
Miqrasiya orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Miqrasiya orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ..

Elm və Təhsil Bakı
Milçəklərdən qurtulmağın sürətli yolu

Milçəklərdən qurtulmağın sürətli yolu..

Elm və Təhsil Bakı
Bir aylıq tədris məktəblilərə nə verəcək? - VIDEO

Bir aylıq tədris məktəblilərə nə verəcək? - VIDEO..

Rəylər (0)