Qəbul imtahanında aşağı nəticə göstərən bölgələr AÇIQLANDI

Qəbul imtahanında aşağı nəticə göstərən bölgələr AÇIQLANDI
Ötən il I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 44,3% imtahandan "2", 20,3%-i "3", 25,5%-i "4", 10%-i isə "5" qiymət alıb.
BiG.AZ-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent 12" jurnalında qeyd olunub.
Bildirilib ki, 2020-ci ildə bu göstəricilər ötən ilki nəticələrə uyğun olaraq, 42,8%, 21%, 26,6%, 9,7% olub. Göründüyü kimi, keçən il "2" və "5" qiymət alanların faizi nisbətən artıb, "3" və "4" qiymət alanların faizi isə nisbətən azalıb.
"Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Qəbul olanların topladıqları balların paylanma diaqramından görünür ki, onların 29,9%-ni "3", 47,2%-ni "4", 18%-ni isə "5" qiymət alanlar təşkil edib. 2020-ci ildə bu göstəricilər uyğun olaraq, 27,1%, 50,3%, 17,8% olub.
V ixtisas qrupu üzrə ərizə verib qəbul imtahanında (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında) iştirak edən və qəbul olan abituriyentlərin bal göstəriciləri isə aşağıdakı diaqramlarda təsvir edilib. Bu imtahanlarda toplanılması mümkün olan maksimal bal 300-dür. Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 43,43%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur. Təəssüflə qeyd etmək lazımdır ki, bu il Ağsu, Daşkəsən, Astara, Göygöl, Samux, Kürdəmir, Ağdaş, Ucar, Goranboy, Şamaxı, Qobustan, Saatlı, Zərdab rayonlarının və Naftalan şəhərinin cari il məzunlarını təmsil edən abituriyentlərin 20%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub", - jurnalda qeyd edilib.

Elm və Təhsil Bakı
"Çingiz jurnalistə nahaq elə deyib" - Anar

"Çingiz jurnalistə nahaq elə deyib" - Anar..

Elm və Təhsil Bakı
Tibb Universitetindən şortik qadağası - FOTO

Tibb Universitetindən şortik qadağası - FOTO..

Elm və Təhsil Bakı
Milçəklərdən qurtulmağın sürətli yolu

Milçəklərdən qurtulmağın sürətli yolu..

Elm və Təhsil Bakı
Füzulinin "Ərəb divanı" tapıldı

Füzulinin "Ərəb divanı" tapıldı..

Elm və Təhsil Bakı
Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanlarının VAXTI açıqlandı

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanlarının..

Elm və Təhsil Bakı
Abituriyentlərin diqqətinə - Mayın 31-i saat 23:59-dək...

Abituriyentlərin diqqətinə - Mayın 31-i saat..

Rəylər (0)