08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Alimlər yaddaşın yaxşılaşdırılması sirrini açdılar: Cəmi bir məşq

Alimlər yaddaşın yaxşılaşdırılması sirrini açdılar: Cəmi bir məşq

"Sadə fiziki aktivlik yaddaşı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər".

Oxu.Az xəbər verir ki, London Universitetinin Epidemiologiya və Səhiyyə İnstitutunun tədqiqatçıları Mikaela Blumberq və professor Endru Steptou bu gözlənilməz kəşfləri ilə bağlı açıqlama veriblər.

Onların sözlərinə görə, koqnitiv qabiliyyətlər artıq ilk fiziki məşqdən sonra yaxşılaşır və bunun üçün idman zalına getmək mütləq deyil.

"Bu, mülayim və ya intensiv aktivlik ola bilər. Ürək döyüntülərini sürətləndirən hər hansı fəaliyyət - sürətli gəzinti, rəqs və ya bir neçə mərtəbə pilləkən qalxmaq kifayət edir. Yəni mütləq strukturlaşdırılmış məşqlər etmək vacib deyil", - deyə Blumberq bildirib.

O əlavə edib ki, aparılan tədqiqatlar fiziki aktivlik sayəsində yaddaşı 24 saata qədər yaxşılaşdırmağın mümkün olduğunu göstərib.

"Bu, əvvəllər düşündüyümüzdən daha uzun bir müddətdir", - deyə ekspert dəqiqləşdirib.

Tədqiqatın həmmüəllifi professor Steptou da bu araşdırmanın idmanın beyinə dərhal faydalı təsirini sübut etdiyini təsdiq edib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница