16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Günəşin aktivliyi artıb

Günəşin aktivliyi artıb

"XXI əsrdə günəş aktivliyi indeksi əks proqnozlara baxmayaraq, faktiki olaraq maksimum dəyərlərinə çatıb".

Bu sözləri Rusiya Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçyov bildirib.

Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

"Yüksək indeks, çox zəif gözlənilən cari dövrün əslində proqnozlardan çox daha güclü olduğunu göstərir. Bunun səbəbi hələ də tam aydın deyil" , - deyə ekspert vurğulayıb.

Boqaçyovun sözlərinə görə, bütün modellər hazırda Günəşin fəallığının təxminən 100 illik minimumda olmasını göstərir. Lakin realda müvafiq indeks iki dəfə yüksək olub.

Bu vəziyyətdən laboratoriya rəhbəri belə nəticəyə gəlib ki, XXI əsrdə Günəş 100 il davam edən yeni artım dövrünə keçə bilər. Lakin bu fərziyyəni təsdiqləmək üçün alimlər onu ən azı bir il müşahidə etməlidirlər.

Eyni zamanda, Rusiya Kosmik Tədqiqatlar İnstitutunun direktoru Anatoli Petrukoviç izah edib ki, günəş ləkələrinin sayının artması Günəşin ümumi fəallığının artmasına dəlalət edir. Qeyd olunan indeksin maksimum dəyərlərə çatdığı illərdə Günəşin səthindəki qaranlıq sahələrin sayı bir neçə yüzə qədər arta bilər.

Qeyd edək ki, günəş fəallığı indeksi 1749-cu ildən bəri izlənilir və uzun illər ərzində günəş dövrlərinin intensivliyini müqayisə etməyə imkan verir. O, alimlərin hər ay qeydə ala bildiyi Günəşin səthindəki ləkələrin sayından hesablanır.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница