16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Maddələr mübadiləsini sürətləndirməyin yolu açıqlandı

Maddələr mübadiləsini sürətləndirməyin yolu açıqlandı

"Metabolizm və ya orqanizmdəki maddələr mübadiləsi qidanın enerjiyə çevrilməsi prosesidir. O yavaşladıqda, insan daha sürətlə artıq çəki yığmağa başlayır".

Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru-ya rusiyalı endokrinoloq Yuliya Atamanova məlumat verib.

Onun sözlərinə görə, maddələr mübadiləsini sürətləndirmək üçün əzələ kütləsini artırmaq lazımdır. Bunun üçün idman məşqləri etmək və daha çox protein yemək lazımdır.

"Metabolizmin ləngiməsinin əsas səbəbləri məhdudlaşdırıcı pəhriz, 40-dan yuxarı yaş, oturaq həyat tərzidir. Bu səbəblər əzələ toxumasının parçalanmasına əsaslanır. Əzələ toxumasını saxlamaq üçün orqanizmə çoxlu enerji lazım olduğundan, o, qidalanmaya başlayır. Əzələ toxumasının parçalanması 25 yaşından sonra başlayır. Əgər insan zülal qəbuluna nəzarət etmirsə, fiziki aktiv deyilsə və idman məşqləri ilə məşğul deyilsə, o zaman 40 yaşdan sonra əzələ toxumasının miqdarı o qədər azala bilər ki, bu, maddələr mübadiləsinin ləngiməsinə səbəb ola bilər", - həkim izah edib.

O bildirib ki, bədən ən çox enerjini əzələlərin saxlanmasına sərf edir. Bədəndə nə qədər çox əzələ varsa, maddələr mübadiləsi bir o qədər aktivdir, hətta yatarkən və ya divanda uzananda da bir o qədər çox kalori yandırılır.

"Ona görə də maddələr mübadiləsini sürətləndirmək üçün əzələ kütləsini artırmaq lazımdır. Bunu iki yolla etmək olar. Birincisi, kifayət qədər zülal istehlak etməkdir, orta hesabla hər kiloqram bədən çəkisi üçün 0,8-1 qramdır. Lakin sadəcə olaraq protein yemək kifayət deyil, idman məşqləri də çox vacibdir", - Atamanova qeyd edib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница